Neftçilərə ayrılan südün pulu KİMİN CİBİNƏ GEDİR? - BUNUN BAŞQA ADI YOXDUR...


Siyəzənnfet NQÇİ-nin LQT və İİ sahəsinin nasos qurğuları maşinisti Əliyev Zamiq Qüdrət oğlu tərəfindən sözügedən qurumun baş mühəndisi – rəis müavini Ceyhun Babayevə müraciət ünvanlayıb. Bir nüsxəsi də "DİA-AZ"a daxil olan müraciətdə deyilir:
"Məlumunuz olduğu kiimi əmək şəraitinin zərərli olması ilə əlaqədar işçilərə qanunvericiliklə nəzərdə tutulmuş qaydada pulsuz süd verilməsi təminatı mövcuddur. Lakin 2026-cı ilin mart ayından etibarən müəyyən müddət ərzində işçilərin südlə təminatı həyata keçirilməmişdir.
Azərbaycan Respublikası Əmək Məcəlləsinin 211-ci maddəsinə əsasən, əmək şəraitinin xüsusiyyətlərindən irəli gələn təminatlardan biri zərərli, ağır və yeraltı əmək şəraitində çalışan işçilərə pulsuz müalicə-profilaktik yeməklərin, süd və ona bərabər tutulan məhsulların verilməsidir.
Həmçinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin işçilərə pulsuz müalicə-profilaktik yeməklərin, süd və ona bərabər tutulan məhsulların verilməsi ilə bağlı qaydalarına əsasən, əmək şəraiti zərərli və ağır qiymətləndirilən iş yerlərində çalışan işçilərə iş vaxtı (növbəsi) ərzində 0,5 litr pulsuz süd verilməsi nəzərdə tutulur.
Bundan əlavə, əmək şəraiti zərərli və ağır olan işçilər üçün nəzərdə tutulan bu təminatlar əməyin mühafizəsinin tərkib hissəsi olduğundan, onların faktiki icra vəziyyətinin müəssisə tərəfindən düzgün uçota alınması və təmin edilməsi vacibdir.
Hazırda işçilərin südlə təmin edilməsinə başlanılmışdır. Qeyd olunanları əsas alıb Sizdən xahiş edirəm ki 2026-cı ilin mart ayından süd təminatının bərpa edildiyi hazırki tarixədək mənə verilməli olan südün müəyyən edilmiş norma əsasında günlər və növbələr üzrə hesablanaraq verilməsi üçün göstəriş verəsiniz.
Mart ayından etibarən yaranmış hüquq pozuntusunun nəticələrinin qanunvericiliyə uyğun qaydada aradan qaldırılmasını təmin edəsiniz..."
Tarix: Dünən, 10:27
Xəbəri paylaş



Xəbər lenti