Bu gün işdən çıxarılan icra başçısının arvadı erməni imiş... - İLGİNC
Tanınmış ictimai fəal Bəxtiyar Hacıyev DTX tərəfindən həbs edildiyi bildirilən İmişlinin icra başçısı Vilyam Hacıyevlə qohumluq münasibətləri haqqında yazıb.
O qeyd edib ki, Vilyam Hacıyevlə qohum olsa da, əlaqə saxlamayıblar və keçmiş başçı ona qarşı çox soyuq münasibətdə olub.
“Hazırda saxlanıldığı deyilən İmişli icra başçısı V.Hacıyev qohumumdur. Maraqlananlar çox olduğuna görə, ümumi qısa reaksiya verim.
Onun üzünü ilk dəfə 2012-ci ildə, mən siyasi məhbus olanda, azadlığa buraxılmaq ərəfəsində dövlət qurumlarından birində qarşılaşanda görmüşəm.
O vaxta qədər isə 10 ilə yaxın idi ki, prezident sərəncamı ilə təyin edilib, 2 rayonda başçı olub, 3-cü rayona təyin edilmişdi. Hakim Yeni Azərbaycan Partiyasının (YAP) üzvüdür, prezident sərəncamı ilə “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.
Onu da bilirsiniz ki, 10 ildir ölkədəyəm, bir dövlət qurumunda bir xırda vəzifəyə də yaxın buraxmırlar. Hətta 2 seçkidə qələbəmi başqasına veriblər, birində karateisti buraxıblar Milli Məclisə, digərində prezidentin dairəsində Arpadaraiyə. Keçən il mənim CV-im ölkə başçısına da təqdim edilib ki, islahatlar prosesinə töhfəsi ola bilər. Ancaq müsbət rəy verilməyib.
Bu həbslər hakimiyyətin məmur özbaşınalığı ilə mübarizəsindən daha çox kadr siyasətini göstərir. Eyni zamanda, düşünürəm ki, bu hakimiyyətin daxilində şəxsi ədavət, qrup mübarizəsidir.
Əks halda, haqlı sual yaranır ki, onları 20 ildir kim tövsiyyə edib, kim kurasiya edib, kim təyin edib, kim sərəncam verib və sərəncamla mükafatlandırıb? Hüquq-mühafizə orqanları bu günə qədər hara baxırdı?
Ədalətli cəmiyyət olmayana qədər vəzifəsindən, imkanlarından, əlaqələrindən asılı olmayaraq, heç kim heç nədən sığortalanmayıb. Ona görə də, çalışıb hüquqi və ədalətli cəmiyyət qurmalı, azad seçkilər keçirməliyik”,- deyə Bəxtiyar Hacıyev bildirib.
Bizimyol.info-nun əldə etdiyi məlumata görə, Vilyam Hacıyevin həyat yoldaşı Cülyetta Hacıyeva erməni əsilli olub və rayonda sözünün üstünə söz deyənin vəziyyəti heç də xoş olmurmuş. Bundan əlavə Vilyam Hacıyevin öz doğma bacısı ilə də münasibətləri soyuq olub və onunla əlaqə saxlamayıb. Bununla belə Hacyev həbs olunarkən həmin bacı qohumlara zəng edərək qardaşının tutulması barədə xəbərləri gizli saxlamağı xahiş edib.
Yaxın qohumları Vilyam Hacıyevin oğlunun Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində yüksək vəzifədə olduğunu da söyləyib. //Bizimyol.info//
Tarix: 6-05-2020, 17:02
-
Dünən, 23:13
"14 manata ət təklif etdik, qəssab almadı" - Fermerdən şikayət
-
Dünən, 23:05
Avtobusda bunu edən sərnişinlər 50 manat cərimə olunacaq
-
Dünən, 22:51
"5 min manat pulumu alıb, qaytarmadı"- Elgiz Qənizadədən şikayət
-
Dünən, 12:08
Prezidentin “bir gündə edə bilərik” mesajı: Mühüm yeniliyin anonsu verildi
-
Dünən, 12:04
Dünyanı gözləyən ən təhlükəli ssenari - Rusiya-NATO savaşı başlasa...
-
Dünən, 12:01
Adil Qeybulla: “Müayinələr və müalicələr xəstənin rəyi ilə icra edilmir”
-
Dünən, 12:00
Bakı 2040-cı ilədək çoxmərkəzli şəhər modelinə keçəcək
-
25-09-2026, 23:36
“Bir daha bizə zəng etməyin!” — TƏBİB-in media və vətəndaşla ünsiyyət modeli-VİDEO/FOTO
-
25-09-2026, 23:15
Bakıda direktora etiraz edən şagirdlər dərsə getmədi
-
25-09-2026, 23:11
SÜNİ İNTELLEKT DÖVLƏTƏ HÜCUM ETDİ - İri şirkətlər həyəcan təbili çalır, ABŞ isə...
-
25-09-2026, 22:57
Bayramov-Mirzoyan görüşü: Bakı İrəvan üçün üzərinə yeni məsuliyyət götürür?
-
25-09-2026, 15:00
Hafiz Hacıyev: “AYNA insanların evində ayaqyoluna da xətt çəksin ki, “bu saatda gir, ya girmə”
-
25-09-2026, 13:06
SIPRI dünyada ən çox hərbi dron idxal edən ölkələri açıqladı – Azərbaycan 5-ci sırada
-
25-09-2026, 13:04
Tərtər Rayon İcra Hakimiyyətinin başçısı 27 Sentyabr – Anım Günü ilə əlaqədar Vətən müharibəsi şəhidi Şamil İsmayıllının ailəsini ziyarət edib
-
25-09-2026, 13:01
Bu qiymətə bilet olar? - Cahangir Əsgərov getdi, AZAL-da nə dəyişdi...
-
25-09-2026, 10:34
Tərtər Rayon İcra Hakimiyyətinin başçısı 27 Sentyabr – Anım Günü ilə əlaqədar Vətən müharibəsi şəhidi Elmin Quluzadənin ailəsini ziyarət edib
-
25-09-2026, 10:10
Azərbaycanda milyonluq mülkləri ilə gündəmə gələn deputat İSTEFA VERDİ
-
25-09-2026, 10:09
Azərbaycan mediasını elə zorlayıblar ki, ölkədə zorlanma xəbərlərindən başqa heç nə yaza bilmir
-
25-09-2026, 10:02
Təhsil İdarəsinin hesablarına həbs qoyulub: Bakı müəllimlərinin maaşı necə ödəniləcək?-VİDEO
-
25-09-2026, 09:59
Tərtər Rayon İcra Hakimiyyətinin başçısı 27 Sentyabr – Anım Günü ilə əlaqədar Vətən müharibəsi şəhidi Abbasov Aysənanın ailəsini ziyarət edib
-
25-09-2026, 09:57
Tural İrfan: “Qafqaz Müsəlmanları İdarəsi bizneslə məşğuldur”
-
25-09-2026, 00:07
Kəndinə gəl Zahid Oruc...
-
24-09-2026, 23:30
Energetik Mürsəliyevin təhsilə uzanan əli - Həmdullayev necə sürətlə yüksəlib? - Faktlar...
-
24-09-2026, 23:29
İş adamı Qoşqar Məmişova “stop” qoyuldu
-
24-09-2026, 23:25
Qazancını kreditə verən müəllimdən "tamştat tələbi" edilməməlidir - SƏRT İRAD
-
24-09-2026, 23:23
Şəfiqə Məmmədova Əbdül Mahmudbəyova onu tərifləyib, sədr seçmək üçün külli miqdarda pul verib?! - ŞOK AÇIQLAMA
-
24-09-2026, 17:03
Sevinc Orucovanı, prezidentin imzası və nazirin qərarını heçə sayacaq qədər arxayın edən NƏDİR??
-
24-09-2026, 17:01
Dövlət satınalmalarında qaz vurub, qazan dolduran “SAFARI” MMC -nin arxasında kimlər durur - İLGİNC FAKTLAR
-
24-09-2026, 10:27
Gülnaz Dadaşova pasiyentlərin yeməyi kəsir - Xəstələrdən videofakt
-
24-09-2026, 08:40
Üzümçü deputat Kəmaləddin Qafarovun onkoloji dərman qazancı...-VİDEO