Azərbaycan mediasını elə zorlayıblar ki, ölkədə zorlanma xəbərlərindən başqa heç nə yaza bilmir

Azərbaycan mediasını elə zorlayıblar ki, ölkədə zorlanma xəbərlərindən başqa heç nə yaza bilmir.
Bayaq xəbər oxudum. Hansısa rayonda 5 yaşlı uşağı qonşusu uzun müddət cinsi istismara məruz qoyub. Ancaq uşağın atası məhkəmədə qonşusunu bağışlayıb. Hər şeyi qoyuram bir kənara, o uşağı da, onu zorlayanı da, bağışlayanı da.
Sözüm oxunma sayından ötrü bu hadisəni xəbər edən jurnalist və saytlaradır. Bu hadisənin nə xəbər yükü var ki, bunu cəmiyyətə belə həvəslə yayırsınız? Sizin guya cəlbedici başlıqlar qoyaraq bu xəbəri camaata oxutmaq niyyətiniz ən azı o uşağı cinsi istismara məruz qoyan adamın niyyəti qədər çirkindir.
Yəni o xəbəri camaata belə həvəslə oxutmaq istəyinizdən görünür ki, bu cür hadisələr sizə hava, su kimi lazımdır.
Kəramət Böyükçöl

AXS.az

Tarix: Dünən, 10:09
Xəbəri paylaş



Xəbər lenti