Bakı 2040-cı ilədək çoxmərkəzli şəhər modelinə keçəcək

Bakı 2040-cı ilədək çoxmərkəzli şəhər modelinə keçəcək


AXS.az "Report"a istinadən xəbər verir ki, bunu Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev Bakıda keçirilən II Azərbaycan Beynəlxalq İnvestisiya Forumunda (2nd Azerbaijan International Investment Forum – AIIF 2026) bildirib.

Onun sözlərinə görə, bu, rəqabətədavamlı və gələcəyə hazır şəhərlərin yaradılmasının mühüm tərkib hissəsinə çevrilir: "Bu yanaşma xüsusilə Bakı nümunəsində aydın görünür. 2040-cı ilədək Bakı şəhərinin Baş Planı əsas mərkəz, regional və yerli köməkçi mərkəzlərdən ibarət, təkmilləşdirilmiş nəqliyyat infrastrukturu və yaşıl şəbəkələrlə dəstəklənən çoxmərkəzli (polisentrik), əlaqəli və balanslı şəhər baxışı müəyyən edir".

A.Quliyev qeyd edib ki, paytaxtın 212 min 300 hektarlıq bütün inzibati ərazisini əhatə edən bu plan yeni şəhər ərazilərinin inkişafı, mövcud ərazilərin bərpası və yeni investisiya imkanlarının yaradılması üçün uzunmüddətli çərçivə formalaşdırır: "Məqsəd sadəcə artımı təmin etmək deyil, həm də bu artımın keyfiyyətini və strukturunu formalaşdırmaqdır. Bu çevrilmənin vacib istiqamətlərindən biri keçmiş sənaye zonalarının bərpasıdır".

Tarix: Dünən, 12:00
Xəbəri paylaş



Xəbər lenti