Adil Qeybulla: “Müayinələr və müalicələr xəstənin rəyi ilə icra edilmir”




Əməkdar həkim Firdovsi İbrahimovun ciddi şikayəti olmayan xəstənin dövlət xəstəxanasında yüzlərlə müayinələrdən keçdiyini və buna görə müayinə və müalicəyə ehtiyacı olan insanların növbə gözlədiyini deməsi müzakirələr yaradıb. Mövzu ilə bağlı rəylər isə birmənalı olmayıb.

 

Pravda.az-a açıqlama verən professor Adil Qeybullanın sözlərinə görə, heç bir xəstənin  istədiyi müayinədən keçmək ixtiyarı yoxdur.

 

O bildirib ki, müayinəni həkimlər klinik protokollara, mövcud şikayətlərə, əlamətlərə əsasən təyin edir: “Dünyada xəstə “mən bu müayinədən keçmək istəyirəm, bunları keçəcəyəm” deyə bir şey yoxdur. Azərbaycanda məsələlər gəlib bu səviyyəyə çatıb, əslində bu işin təşkilinin pozulmasıdır. Xəstə həkimə gəlir, şikayətlərinə uyğun həkimə yönəldilir. İstənilən klinikada bir neçə həkim olur və lazımi mütəxəssis bununla məşğul olur. Ona qalsa on mindən çox analizlər var. Hamısından xəstə keçə bilməz. Bu konkret olaraq patologiyalar üzrə “check-up” müayinələr var. Kliniki protokollar var ki, həkimlər ondan kənara çıxa bilməz. Ümumiyyətlə müayinələr və müalicələr xəstənin rəyi ilə icra edilmir. Bu beynəlxalq protokol, qaydalarla, tibbin qanunları ilə icra olunmalıdır”.


Tarix: Dünən, 12:01
Xəbəri paylaş



Xəbər lenti