Tərtər Rayon İcra Hakimiyyətinin başçısı 27 Sentyabr – Anım Günü ilə əlaqədar Vətən müharibəsi şəhidi Elmin Quluzadənin ailəsini ziyarət edib


27 Sentyabr – Anım Gününün altıncı ildönümünün qeyd olunması ilə bağlı Tərtər Rayon İcra Hakimiyyətinin Tədbirlər Planına uyğun olaraq, Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov YAP Tərtər Rayon Təşkilatıın sədri Eldar Əsədov və Tərtər Cümə məscidinin imamı Sadiq Cəfərovla birlikdə Kəngərli kəndindən olan Vətən müharibəsi şəhidi Quluzadə Elmin Şəmsi oğlunun ailəsini ziyarət edib, onların qayğıları ilə maraqlanıb.

Görüş zamanı Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov vurğulayıb ki, şəhid ailələrinə, qazilərə və veteranlara göstərilən hərtərəfli diqqət və qayğı Müzəffər Ali Baş Komandan, Prezident cənab İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva tərəfindən həyata keçirilən dövlət siyasətinin əsas prioritetidir. Qeyd edib ki, dövlət başçısının tapşırığına əsasən, bu həssas təbəqədən olan insanların sosial problemlərinin operativ həlli bütün dövlət qurumlarının qarşısında duran ən başlıca vəzifələrdəndir.

İcra başçısı bildirib ki, 44 günlük Vətən müharibəsində torpaqlarımızın azadlığı uğrunda canından keçən qəhrəman övladlarımızın əziz xatirəsi Tərtərdə hər zaman uca tutulur. Şəhidlərimizin əmanəti olan ailələrin mənzil-məişət şəraitinin yaxşılaşdırılması, onların məşğulluq və digər sosial məsələlərinin həlli rayon İcra Hakimiyyəti tərəfindən hər zaman xüsusi diqqətdə saxlanılır.

Qeyd edək ki, Quluzadə Elmin Şəmsi oğlu 1998-ci il noyabrın 1-də Tərtər rayonunun Kəngərli kəndində anadan olub. Elmin Quluzadə könüllü olaraq döyüşə yollanıb. Cəbhənin Ağdam və Tərtər rayonları istiqamətlərində gedən ağır döyüşlərdə iştirak edib. 17 oktyabr 2020-ci il tarixində şəhidlik zirvəsinə ucalıb. Tərtər rayonunun Kəngərli kəndində dəfn olunub.

Elmin Quluzadə ölümündən sonra Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq Sərəncamları ilə 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni, “Vətən uğrunda”, “Suqovuşanın azad olunmasına görə” və “Cəsur döyüşçü ”medalı ilə təltif edilib.

Şəhidin ailə üzvləri onlara göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz dərin minnətdarlıqlarını bildiriblər.


Tarix: Dünən, 10:34
Xəbəri paylaş



Xəbər lenti