
"Texniki baxışda imkan verilir ki, nasaz avtomobil yola çıxsın".
Bu sözləri avtomobil eksperti Tural Yusifov İTV-nin efirində yayımlanan "Pressinq" verilişində deyib:
"Avtomobillərin 70 faizi istismara yararsız olanlardır. İnsanlar, adətən öz köhnə avtomobilləri ilə gedirlər. Özüm keçən dəfə baxdım və müşahidə etdim ki, beş müxtəlif nöqtədə xarab olan avtomobillər var idi.
Belə ki, texniki baxışa gedən insana deyirlər ki, səndə bu problemlər var və gələn dəfə olmasın. Amma yenə də ona icazə verilir ki, bu insan nasaz avtomobili bir il sürsün", - deyə o bildirib.
Oxu.az