Siyavuş Novruzov: “Adam var kartına maaş yüklənən kimi bankomatı qaçır ki, pulu çıxartsın”

 
Milli Məclisin plenar iclasında “Nağdsız hesablaşmalar haqqında” qanunun ilk oxunuşda müzakirəsi zamanı çıxış edən komitə sədri Siyavuş Novruzov nağdısız ödənişlərlə bağlı təbliğatın aparılmasına çağırdı. “Adam var kartına maaş yüklənən kimi bankomatı qaçır ki, pulu çıxartsın. Belələrinə başa salmaq lazımdır ki, kartdakı pul da sənindir”, S.Novruzov bildirdi.
Daha sonra komitə sədri qeyd etdi ki, cəmiyyətdə sovet dövründən qalma bir yanaşma var: “İnsan var ki, 30 hektar, 50 hektar torpaq sahəsi var, işsiz sayılır. Biz partiya üzvlərini araşdıranda məlum oldu ki, yarıdan çoxu işsizdir. Belə təsəvvür yaranıb ki, adam səhər işə gedib axşam evə gəlmirsə, maaş cədvəlinə qol çəkmirsə, o, işsiz sayılır. Bu gün dövlətin ayırdığı yardımla bağlı müraciət edənlər də ardıcıl müraciət edib digərlərinin də yolunu bağlamasınlar”.
E.Paşasoy,
Musavat.com
Tarix: 17-04-2020, 20:38
Xəbəri paylaş



Xəbər lenti