Bərdə səhiyyəsi ağır günlərini yaşayır

 
  Bərdə rayonunda koronavirus pandemiyasına qaşrı effektiv mübarizə aparılmır. 
Siam.az-a rayondan daxil olan məlumata görə, rayon səhiyyə şöbəsinin müdiri Nizami Mehdizadə vəzifəsinin öhdəsindən gəlmir. Bu faktı rayon sakini Zahid Mikayılov da sosial şəbəkədə yaydığı videoda dilə gətirib:


 “Bu gün Bərdənin heç bir aptekində tibbi maska və spirt yoxdur. Hansı aptekə girirsən deyirlər ki, maska və spirt yoxdur. Bəzi yerlərdə spirti litrlə satırlar. Bunu da almağa insanların imkanı yoxdur. Nizami Mehdizadə öz qanunsuz əməlləri ilə insanların başına oyun açır. İnsanların sağlamlığına cavabdeh olan bir qurumun rəhbəri bu barədə düşünmür.  Onun əməllərinə etiraz edənləri isə polislə hədələyir. Bərdədə koronavirusun yayılmasında onun mühüm rolu var. Aidiyyatı qurumlardan xahiş edirəm ki, Bərdə əhalisinin tibbi maska və spirtlə təmin olunması ilə bağlı tədbir görsünlər. Həmçinin gəlib Nizami Mehdizadənin əməllərini araşdırsınlar”.Nizami Mehdizadə barədə mediada vaxtaşırı neqativ materiallar dərc edilib.    O 2017-ci ildə Biləsuvar rayon Mərkəzi Xəstəxanasının baş həkimi olarkən oğlu ilə gündəmə gəlmişdi. Oğlu Toğrul Mehdizadə Bakının Teymur Əliyev küçəsində idarə etdiyi 10-SD-908 dövlət qeydiyyat nişanlı "Lexus" markalı avtomobillə yolu keçən 1986-ci il təvəllüdlü Ağayev Ramin Ramiz oğlunu vurmuşdu. Nəticədə piyada ağır xəsarət almışdı və xəstəxanaya çatdırılarkən yolda dünyasını dəyişmişdi. Faktla bağlı Nərimanov Rayon Polis İdarəsində cinayət işi başlanılmış Toğrul Mehdizadə saxlanılmışdı.O zaman mediada yayılan məlumatlarda baş həkimin oğlunun sükan araxasına içkili vəziyyətdə əyləşdiyi iddia edilirdi. Lakin atası bu iddianı təkzib etmişdi. 

Nizami Mehdizadə Bərdə səhiyyəsinə rəhbərlik etməyə başlayanda isə ilk işlərindən biri rayon ərazisində məskunlaşmış bir qrup müharibə veteranı və şəhid ailələrinə qarşı qanunsuz əməllərilə gündmə gəlmişdi. Həmin şəxslər isə şöbə müdirindən Birinci vitse-prezident Mehriban Əliyevaya şikayət etmişdilər. Həmin şikayətdə deyilirdi: “Bildirmək istəyirik biz bir qrup sahibkar Bərdə rayon Mərkəzi Xəstəxanasının giriş qapısının qarşısında uzun illərdir mağazalarda, aptek və çayxanalarda, gözəllik salonlarında işləyərək ailəmizi dolandırırdıq. Bir çoxumuz isə uzun illərdir məcburi köçkün kimi Bərdədə yaşayırıq. Bərdə rayon Mərkəzi Xəstəxanasının Doğum Evi tərəfdən həmişə bir əsas və bir köməkçi giriş qapı olub və avtobusların dayanacağı da buradadır. Xəstəxananın da layihəsində 2 qapısı vardır. Lakin təxminən bir aydır buraya baş həkim göndərilmiş Nizami Mehdizadə qohumunun və özünün şəxsi maraqları naminə hiyləyə əl atdı. Əvvəlcə onun adından bizlərdən əlavə aylıq istədilər. Biz bildirdik ki, Cənab Prezidentimiz İlham Əliyevin məmurlara, yerli icra orqanlarına həmişə tapşırığı olmuşdur ki, xalqı incitməyin, sahibkarlara imkan verin ailəsini dolandırsınlar, onlardan əlavə haqq almayın! Amma nə fayda, Bərdə rayon Mərkəzi Xəstəxanasına yeni təyin olunmuş Baş həkim Nizami Mehdizadə nə qədər ailənin çörəyinə göz dikdi və 3 böyük aptekdə 25 nəfər, çyaxanalarda 15, gözəllik salonunda 8, ərzaq dükanlarında isə 18 nəfərin əmək haqqı alıb ailəsini dolandırmasını məhv etdi. Bir çoxumuz kirayəyə dükan götürüb işlədirik. Aylıq vergi, torpaq və digər rüsumları ödəyib çalışırıq ki, bu ödənişlərdən heç vaxt yayınmayaq. O cümlədən dükan, çayxana işlədən və taksi sürücülüyü edən nə qədər insana baş həkimin bir yersiz və əsassız hərəkəti ilə ağır zərbə dəymişdir. 
 Belə ki, bizdən aylıq yığdıra bilməyən Baş həkim xəstəxananın biz tərəfdən olan və on illərdir mövcud olmuş qapısını bağlatdırdı və başqa tərəfində öz yaxın adamına bir-iki aptek açıb pul qazandırmaq üçün qapı açdırdı. O, bu qapını bağlayıb əhalinin gediş-gəlişi mümkünsüz olan, tıxac yaradan başqa tərəfindən qapı açdırması ilə bizlərə meydan oxudu. Qəsdən edilən bu hərəkət bizə-sahibkarlara qarşı təxribatdır. 
Təsəvvür edin ki, xəstəxananın əvvəlki, yəni bizim dükanlar olan tərəfdəki qapısı olan tərəf avtobus dayanacağıdır və bura xəstəxananın işçiləri üçün də işə gəlib-getmək üçün rahat idi. Baş həkim öz qohumunun qazancı üçün bu qədər insanları min bir əziyyətə və bizi də müflis olmağa düçar etmişdir. İndi avtobusdan düşən və xəstəxanaya getmək istəyənlər ən azı 1 kilometr məsafə qət etməlidir. Dəfələrlə ona müraciət etsək də, o, bizi adam yerinə qoymur. Hətta Bərdə rayonunun İcra başçısı, çox hörmətli Vidadi İsayevə də demişik ki, bu baş həkimə tapşırıq versin, yenə də nəticə yoxdur. Xahiş edirik, bu süni problemin həlli üçün aidiyyəti üzrə tapşırıq verəsiniz”.
 Siam.az
Tarix: 22-04-2020, 09:45
Xəbəri paylaş



Xəbər lenti