Öz küt düşüncələri ilə Azərbaycana yol göstərir, ağıl verirlər... - “Zırcahil trollar”...

Ən qorxulu trol cahil troldur.
Türkiyənin obyektiv jurnalistlərinin ürəyi soyumur, belələrini zırcahil adlandırırlar. Bizdə “zırdəli” sözü olduğu kimi.İndi bu zırcahil trollar Azərbaycan-Türkiyə qardaşlığına zədə vurmağa, xələl gətirməyə çalışırlar. Öz küt düşüncələri ilə Azərbaycana yol göstərir, ağıl verirlər.Bu məqamda qardaş ölkənin rəsmi dairələri, hüquq-mühafizə orqanları, əgər səmimidirlərsə, dövlətlərarası münasibətləri zədələyən bu zırcahil troll dəstəsinə öz kəskin münasibətlərini göstərməlidirlər. Son vaxtlarda sosial media fenomenlərinə, influenserlərə, müğənnilərə və s. qarşı tez-tez şahidi olduğumuz “operasyon”ların birini də bu zırcahil troll dəstəsinə qarşı keçirməlidirlər.Belədə suyu bulandıranların kimlər olduğu aydınlaşar..
Rəşad Məcid - Mətbuat Şurasının sədri
Tarix: Dünən, 17:40
Xəbəri paylaş



Xəbər lenti