"14 manata ət təklif etdik, qəssab almadı" - Fermerdən şikayət

"14 manata ət təklif etdik, qəssab almadı" - Fermerdən şikayət

"Rayonlarda cöngə ətinin topdansatış qiyməti 15, kəl ətinin 14, quzu ətinin isə 18 manata qapıda təklif olunur".

Plat.az xəbər verir ki, bunu Qaynarinfo-ya açıqlamasında fermer Kərim Kərimli Bakıda mal ətinin bir kiloqramının 22 manata satılması ilə bağlı yayılan məlumata münasibət bildirərkən deyib.

Fermerin sözlərinə görə, sentyabrın 23-də kəl ətinin bir kiloqramını 14 manata təklif etsə də, qəssablar bu qiymətlə razılaşmayıb:

"Biz təklif etdik, qəssab 14 manata almadı. Təsəvvür edin, bu halda 200 kiloqram ət verən heyvan qəssaba 1400 manatdan çox qazanc gətirir, amma kəndlidən heyvanı almırlar. Biz dərdimizi kimə və hara deyək? Bu, fürsətçilikdir. Qəssabların da xərcləri çoxdur, amma bu qədər də yox".

Kərim Kərimli bildirib ki, fermerlər heyvanı diri satmağa üstünlük verirlər:

"Onda da alverçi, yaxud qəssab heyvanın çəkisini az hesablayır. Yəni olduğundan təxminən 10-20 kiloqram az çəki deyir və belə alır. Bu da kəndlinin bir aylıq əziyyətinin boşa getməsi deməkdir. Min bir zülmlə heyvan saxla, onu da su qiymətinə sat".

Tarix: Dünən, 23:13
Xəbəri paylaş



Xəbər lenti