Bir Şah keçdi bu dünyadan.. - Şahmərdan Cəfərov 68

Bir Şah keçdi bu dünyadan.. - Şahmərdan Cəfərov 68
.Adama ən çox təsir edən bilirsiz nədir: Naxçıvan torpağı uğrunda vuruşaraq bir sm-ni düşmənə verməyəsən, sonra da "özümüzkülər" tərəfindən öldürüləsən...Sonra da səni unutdurmağa çalışsınlar. Deyirlər ki, "Qəhrəmanlar ölmürlər" Amma yox, qəhrəmanlar da ölürlər. Onlar ən çox unudulanda ölürlər...Nəzərə alaq ki, bu rejimin siyasətində istiqlalçı millət vəkillərini cəmiyyətə unutdurmaq siyasəti əsas yer tutur, məncə məsələ hamıya aydın olar.
Sabah 43-lərdən olan İstiqlalçı millət vəkili Şahmərdan Cəfərovun doğum günüdür. Şahmərdan Məhəmməd oğlu Cəfərov 1958-ci il avqustun 12-də Naxçıvan Muxtar Respublikasının Şərur rayonunun Məmmədsabir kəndində anadan olub. 1-ci Qarabağ müharibəsinin Naxçıvandan olan iştirakçısı, Azərbaycan Respublikası Sərhəd Qoşunları İdarəsi 1 saylı Naxçıvan Sərhəd Dəstəsinin komandanı olub. 18 oktyabr 1991-ci ildə Azərbaycanın müstəqillik aktına səs verən 43 deputatdan biridir.
Qəhrəmanlıq haqda söhbəti davam etdirək. Əsliində, Şahmərdan Cəfərov anadan olanda qəhrəman kimi doğulmuşdu. Bunu onu tanıyan da, eşidib bilən hər kəs təsdiq edə bilər. Dünən də bu gün də yəqin ki, hələ çox sabahlarda onun adı Naxçıvanın azadlıq simvolu kimi səslənəcək. Və bu heç kimə sirr kimi görünməyəcək.
Kiməsə dediklərim sirr kimi görünürsə, qoy deyim k. bu sirrin açarı Şahmərdanın hər şeyi unudaraq xalqının azadlığı uğrunda mübarizə aparmasındadır. Şahmərdan mübarizə apardı və qazandı. Xalqın azadlığını, sevgisini qazandı. Baxmayaraq ki, bu hakimiyyət, bu rejim Şahmərdanı həmişə unutdurmağa çalışdı. Və bu gün də çalışır. Yəqin bu yerdə bu söz yerinə düşər: Dəyərsizlər hakimiyyətdə olanda dəyərlilər dəyərləndirilməz.
36 yaşında öldürülən, hərəkatımızın "Şahı", Elçibəyin silahdaşı Şahmərdan bir dəyərdir, millətin sərvətidir.
Şahmərdan Əbülfəz Elçibəyi ideal sayan, onun yolunda canından keçməyə hazır olan şəxs idi. Baxın, O, Əbülfəz Elçibəylə görüşdən 2 gün sonra öldürülür. Əslində elə Elçibəyə görə öldürülür. Onu vuran şəxs Culfa polisindən Sisyandan olan Qurban Qurbanov olduğu daha çox deyildi.
Onun H.Əlievlə soyuqluğu Sədərək kəndi üçün mühüm əhəmiyyət kəsb edən Miltəpə postunun geri alınması planına qarşı çıxması sayılsa da əsas narazılıq DİN İsgəndər Həmidovun Səyavuş Mustafayevi Naxçıvan Muxtar Respublika Daxili İşlər naziri təyin edilən zaman Şahmərdan bu qərarı dəstəkləməsi olur. Bu isə o vaxtkı ölkə başçısının xoşuna gələ bilməzdi.
Doğrudur, onun H.Əliyevlə münasibətləri heç də pis olmayıb. hətda ona müfafiə naziri postu da təklif edilir. Lakin O, qətiyyətlə bu təklifi rədd edir. Səbəb isə O, bunu Elçibəyə xəyanət kimi başa düşürdü. Daha sonrlar isə Şahmərdandan Sərhəd Qoşunlarından istefa verməsi istənilir. Hətda bu məqsədlə Şahmərdana bir neçə dəfə sui-qəsd də təşkil olunur. Və təzyiqlərə dözməyən Şahmərdan hakimiyyətin apardığı siyasətə etiraz olaraq vəzifəsindən istefa verir.
Lakin artıq düymə basılmışdı.
1994-cü ilin avqustunda MM-də parlamentdə Şahmərdan və onun silahdaşlarına qarşı qanunsuz silahlı dəstə ittihamı ilə cinayət işi açılır, Şahmərdanın da həbs olunması ilə bağlı fikirlər səsləndirilməyə başlandı. 1995-ci ilin may ayının 18-də spiker səviyyəsində bu məsələ gündəliyə salınır. Bu zaman təklif bir neçə dəfə səsə qoyulsa da, səs çoxluğu alınmırdı. Elə həmin gün Şahmərdan evi tərk edir və evə cənazəsi ilə qayıdır.
Artıq ölümündən illər keçib...Buna baxmayaq, indinin özündə də Naxçıvanda hamı onu hörmətlə yad edir, hər kəs özünü ona borclu sayır.
Mənim yaddaşımda isə Şahmərdan Cəfərov əzəmətli görünüşü, haqqı bağıran səsi ilə, sərt görünən üzü və o üzün arxasındakı yumşaq və təmiz ürəyi ilə qalıb və qalib kimi də qalacaq. Hərdən mənə elə gəlir ki, o, müstəqilliyə səsini verməklə həm də ruhunu, canını verdi..
Gəlin, Unutmayaq!!
Sözardı: Amma Siz Tanrının Şaha verdiyi taleyə və qismətə baxın ki, şəhidlik zirvəsinə çatdığı 29
iyundan qırx gün sonra özü anadan olan gün avqustun 12-də Tanrı Şahmərdana oğul qismət etdi.
Baba Allahnəzərov




Tarix: Bu gün, 09:25
Xəbəri paylaş



Xəbər lenti