Koronavirus səbəbilə təhsil böhranının daha da dərinləşəcəyi bildirilir Dünya Bankı koronavirus pandemiyası ilə bağlı məktəblərin bağlanmasının təhsildə uzunmüddətli itkilərə səbəb olacağına dair hesabat təqdim edib. AYNA xarici mediaya istinadən bildirir ki, hesabata görə, bu itki qlobal iqtisadiyyat üçün 10 trilyona qədər ola bilər.
Hesabatda koronavirus pandemiyasına görə 1.6 milyon təhsil alanın dərsə gedə bilmədiyi deyilib. Koronavirus səbəbi ilə məktəblərin bağlanmasının təhsildə 0.6 illik itkiyə səbəb olacağı vurğulanıb.
Sənəddə pandemiyadan əvvəl də dünyanın təhsil böhranı ilə mübarizə apardığına diqqət çəkilib. Qeyd edilib ki, aşağı və orta gəlirli ölkələrdə uşaqların yüzdə 53-ü təhsil problemi yaşayır.
Pandemiya səbəbi ilə təhsil böhranının daha da dərinləşəcəyi vurğulanıb. Orta məktəbdə oxuyan ibtidai və yuxarı sinif şagirdlərindən 7 milyona yaxın şagirdin sadəcə pandemiya səbəbi ilə məktəbi buraxa biləcəyinə diqqət çəkilib.
Bildirilib ki, pandemiya səbəbi ilə dolanışığı zəifləyən, qız uşağını məktəbə qoymayan ailələr, əlilliyi olan uşaqlarla bağlı vəziyyətin daha da pisləşəcəyi ehtimalı yüksəkdir.
Bankın hesabatında məktəblərin bağlanması ilə bir sıra hökümətlərin tətbiq etdikləri yanaşmalar xatırladılıb və 130 hökümətin distant təhsilə investisiya qoyduqları bildirilib.
Tarix: 19-06-2020, 21:23