
"Real Azərbaycan”ın əldə etdiyi məlumata görə, David Seliverstov Çingiz Qənizadəni Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1-ci maddəsi üzrə xüsusi ittiham qaydasında məhkəməyə verib.
Məlumata əsasən, iş artıq icraata götürülüb. İş üzrə hazırlıq iclası sentyabrın 23-də saat 09:00-da Binəqədi Rayon Məhkəməsində hakim Aytəkin İbrahimovanın sədrliyi ilə keçiriləcək.
Qeyd edək ki, tərəflər arasında yaranmış mübahisə ilə bağlı qarşılıqlı ittihamlar səsləndirilir.