Rayon rəhbəri 27 Sentyabr – Anım Günü ərəfəsində şəhid anası Zəminə Hüseynovanı 60 illik yubileyi münasibəti ilə təbrik edib


 

27 Sentyabr–Anım Günü ərəfəsində Tərtər Rayon İcra Hakimiyyətinin başçısı  Müstəqim  Məmmədov Hüsənli kəndində Vətən Müharibəsi şəhidi Məmmədov Taleh Arif oğlunun anası Zəminə Hüseynovanı 60 illik yubileyi münasibəti ilə təbrik edərək ona səmimi arzularını çatdırıb. İcra başçısı bütün şəhid valdeyinlərinin baş tacımız olduğunu bildirib. Şəhid anasına rayon icra hakimiyyəti tərəfindən təşəkkürnamə və gül dəstəsi təqdim edib, ailənin qayğıları ilə maraqlanıb.

Qeyd edək ki, Taleh Məmmədov 1999-cu il yanvarın 16-da rayonun Hüsənli kəndində anadan olub. 2020-ci il sentyabrın 27-də başlayan Vətən müharibəsində torpaqlarımızın işğaldan azad olunması uğrunda Tərtər-Ağdərə istiqamətində gedən döyüşlərdə iştirak edib, sentyabrın 30-da düşmən tərəfindən atılan artilleriya mərmisinin partlaması nəticəsində aldığı qəlpə yarasından şəhid olub.Taleh ölümündən sonra Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə “Vətən uğrunda”, “İgidliyə görə” və “Suqovuşanın azad olunmasına görə” medalları ilə təltif olunub.

Şəhid anası onlara göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz  minnnətdarlıqlarını bildiriblər.

Tarix: Bu gün, 14:38
Xəbəri paylaş



Xəbər lenti