"Mənim fikrimcə Azərbaycanın neft sənayesinin ən ağır suallarından biri hasilatın nə qədər olması bir də əsas suallardan biri bu sərvəti yerin təkindən çıxaran insanın öz əməyinin nəticəsindən nə qədər faydalana bilidiyidir.Yəni işçinin əməyinə nə qədər dəyər verildiyidir..." "DİA-AZ" xəbər verir ki, bu sözlər SOCAR işçisi Zamiq Əliyevin etdiyi müraciətdə yer alıb.
İllərdir maaşları artmayan SOCAR işçiləri adından edilən müraciətdə daha sonra deyilir: "Burada məsələ sadəcə “maaş artsın” tələbi deyil. Məsələ əməyə verilən dəyər məsələsidir.Heç şübhəsiz .SOCAR-ın öz rəsmi materiallarında əməyin ödənilməsi, maddi və mənəvi həvəsləndirmənin təkmilləşdirilməsi ayrıca vəzifə kimi göstərilir.
Onu qeyd edim ki Neftçi səhər işə gedəndə sadəcə iş yerinə getmir. O, hasilatın, avadanlığın, quyuların, texnoloji proseslərin və bütövlükdə neft sənayesinin məsuliyyətini daşıyır ki bu belədir.Belə bir vəziyyətdə işçinin illərlə əməkhaqqının dəyişməməsi qara dərili nefçidə ciddi sual yaradır.
Neftdən gələn gəlirlər və şirkətin maliyyə imkanları artdığı halda, həmin sərvəti yaradan işçinin sosial vəziyyəti niyə eyni səviyyədə qalmalıdır?
Xaricdən gətirilən tində dalanda məhlədə oynayan futbolçulara böyük maliyyə vəsaitlərinin yönəldilməsi nefçinin əməyi sayəsində əldə edilən valyutadan külli miqdarda pay ayrılması mənim üçün şəxsən işçini aşağılayıcı amillərdəndir. Məhz belə xərclər fonunda neftçinin sosial vəziyyəti pisləşirsə, təbii olaraq kütləvi narazılıq yaradır və bunu hamı öz daxilində hiss edir yaşayır amma biruzə verə bilmir çünkü qara dərildir.
Burada söhbət futbolçunun milliyyətindən və ya dəri rəngindən getmir təbii ki bunu simvolik olaraq qeyd etmişəm. Söhbət prioritetlərdən gedir.
Bir tərəfdə yüksək məbləğlərlə müqavilə bağlayan işi gücü top dalıyca qaçmaq olan fudbolçu, digər tərəfdə isə neft quyusunun başında çalışan və ailəsini əməkhaqqı ilə dolandıran neftçi var.Yəni yad qara dərili ilə yerli qara dərili arasında rəqabət var.Yad qara dərili bu rəqabətdə yerli qara dərilini üstələyib.
İndi ortaya bir sual çıxır niyə neftçinin əməyinə verilən dəyər onun istehsal etdiyi sərvətin miqyası ilə müqayisədə bu qədər aşağı görünməlidir?
Futbola ayrılan vəsait şirkətin strateji qərarıdırsa, işçinin sosial rifahına ayrılan vəsait də eyni dərəcədə ciddi strateji məsələ kimi qəbul edilməlidir.
Məsələ budur günümüz kaskamız kimi GÖY... özümüz də yerli Qara dəriliyik..."