“İndi siz deyin, Qəzənfər Abdullayev ailə-canlıdır, yoxsa iş-canlı?..” - FOTOFAKT


Bu yaxınlarda mediada bu Naxçıvan Muxtar Respublikası Həmkarlar İttifaqları Şurasının sədri Qəzənfər Abdullayevin milyonluq əmlakının siyahısı dərc olunmuşdu (Allah daha da bol eləsin). O siyahını gözdən keçirdikcə, istər-istəməz bu sual ortaya çıxırdı:
Görəsən, Qəzənfər Abdullayev öz işinə də eyni həssasiyyətlə yanaşır?..
Beynimizi qurcalayan bu suala cavab vermək üçün özümüzü çox əziyyətə salmayıb sadəcə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin rəsmi saytına nəzər salmağa qərar verdik. Kiçik bir araşdırmamız nəticəsində gəldiyimiz qənaət belə oldu: Qəzənfər Abdullayevin iş-canlığı ev-canlığından xeyli geri qalırmış...
İnanmırsınız, gəlin, faktlara nəzər salaq.
Bu linkdə onun əmlakının yalnız bir hissəsi əks olunub:
Naxçıvan Həmkarlar İttifaqının sədrinin bitib-tükənməyən əmlak imperiyası - Şirkətlər borc içində, işçilər məcburi iməcilikdə...(burada: )
İndi isə gəlin, Qəzənfər müəllimin işgüzar bacarığını gözdən keçirək:
Vergilər Xidmətinin rəsmi məlumatına görə, Naxçıvan Həmkarlar İttifaqının nəzdində fəaliyyət göstərən “Duzdağ” Müalicə mərkəzinin dövlətə 21 min 629 AZN borcu var.
Naxçıvan Həmkarlar İttifaqının tabeliyində fəaliyyət göstərən “Ağbulaq Xizək” MMC-nin vergi borcu 5 min 673 AZN imiş.
“Duzdağ Estate” MMC isə dövlətə borc məsələsində hər iki şirkəti geridə buraxıb – 35 min 757 AZN.
Deməli ümumilikdə Naxçıvan Həmkarlar İttifaqının nəzdində işləyən istirahət mərkəzlərinin borcu 63 min AZN-dən çoxmuş...
İndi siz deyin, Qəzənfər Abdullayev ailə-canlıdır, yoxsa iş-canlı?.. 


Tarix: Bu gün, 14:33
Xəbəri paylaş



Xəbər lenti