Yüksək balla qəbul ola bilməyən gənclərə rəğmən 80 yaşlı nənənin attestat balı nə qədər olub?

Yüksək balla qəbul ola bilməyən gənclərə rəğmən 80 yaşlı nənənin attestat balı nə qədər olub?
Ordubad Peşə Liseyi şəkil paylaşıb yazır ki, 80 yaşlı nənə peşə məktəbini bitirib xalçaçı diplomu alıb.
Allah o nənəyə can sağlığı versin, 100 il yaşasın. Mən də təbrik edirəm!
Amma həqiqətən də maraqlıdır ki, o gözəl nənə peşə məktəbinə necə qəbul olub, attestat balı nə qədər olub?
Ümumiyyətlə, attestatı olubmu?)
80 yaşlı nənə bu hesabla 1945-46-cı il təvəllüdlüdür.
Həqiqətən maraqlıdır, bəlkə bu sirri Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktoru cənab və əzəmətli peşə sahəsi üzrə mütəxəssis, peşə təhsilinin ağsaqqalı, təhsilimizdə böyük iz qoymuş İlqar Bayramlı bilər?
Keçən il yüksək qiymətləri olan yüzlərlə gənc peşə məktəbinə düşə bilmədi... Elə bu il eyni problemlər yaradıldı. 3-cü mərhələdə direktorlar biabırçılıq qalmadı elədi. Hətta qəbul olanlara müxtəlif bəhanələr gətirildi, onlara gənc geri qaytarıldı, dirəniş göstərən bir neçə nəfər isə qəbul aldı. Bir neçə direktor müavininə bu biabırçılığa görə töhmət də verildi.
Yəni, sözümün canı odur ki, yüksək balla qəbul ola bilməyən gənclərə rəğmən 80 yaşlı nənənin attestat balı nə qədər olub? Maraqlıdır...
Ədil Hüseynli
Tarix: Bu gün, 12:41
Xəbəri paylaş



Xəbər lenti