Fərhad Əliyev Kərəm Həsənovun qohumunu İŞDƏN ÇIXARDI



Sabiq İqtisadi İnkişaf naziri Fərhad Əliyev sahibi olduğu və Sumqayıt Kimya Sənaye Parkının rezidenti olan "Alco” Məhdud Məsuliyyətli Cəmiyyətinin direktorunu işdən çıxarıb.
Unikal.org-un əldə etdiyi məlumata görə, F.Əliyev yağ zavodunun direktoru Elşad Abasovu tutduğu vəzifədən azad edib. 
Qeyd edək ki, E.Abasov F.Əliyev İqtisadi İnkişaf naziri olarkən onun köməkçisi olub. Nazirlə birlikdə o da həbs olunmuşdu. Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Dövlət nəzarəti məsələləri şöbəsinin müdiri Kərəm Həsənovun bibisi  qızının həyat yoldaşıdır.
Tarix: 23-09-2020, 15:13
Xəbəri paylaş



Xəbər lenti