
Prezident Donald Tramp son günlər ABŞ Federal Ehtiyat Sistemini (FES) faizləri aşağı salmağa çağırıb. 16 sentyabr 2026-cı ildə FES faiz dərəcəsini 0,25 faiz bəndi artıraraq 3,75–4,00% aralığına qaldırdıqdan sonra Tramp faizlərin 1% və ya daha aşağı salınmasını tələb edib.
Aşağı salınacağı təqdirdə isə dollar ucuzlaşa bilərmi?
Pravda.az-a açıqlama verən iqtisadçı Əkrəm Həsənovun sözlərinə görə, faizlər aşağı salınarsa, dünyada dollar ucuzlaşacaq.
O bildirib ki, bu prosesin isə Azərbaycana təsiri olmayacaq: “Azərbaycanda milli valyutanı dollara bağlamışıq. Dollar dünyada qalxıb-düşsə də, bizə aidiyyatı olmur, sabit qalır. Sadəcə dollar ucuzlaşaqsa, digər valyutalara nisbətdə manat da ucuzlaşacaq. Amma Federal Ehtiyat Sistemi guya Donald Trampın sözünə əməl edir ki? Onlar arasında çox ciddi konflikt var. Amerikada Mərkəzi Bank prezidentə tabe deyil”.