Ramil Orucov cəzalandırıldı




Abşeron rayonu, Hökməli bələdiyyəsinin sədri Ramil Orucov 3 min manat məbləğində cərimələnib.
 
Pravda.az xəbər verir ki, onun barəsində İnzibati Xətalar Məcəlləsinin 271-ci (Sənaye və məişət tullantılarının qalaqlanması və yandırılması zamanı ətraf mühitin mühafizəsi tələblərinə əməl edilməməsi) maddəsi ilə protokol tərtib edilib.
 
Bədəliyyə sədrinin cərimələnməsinə səbəb qəsəbə ərazisində məişət tullantılarının yandırılması olub.
Tarix: 15-09-2020, 13:47
Xəbəri paylaş



Xəbər lenti