“Heç kəsin bu uşaqların gözündən bir damcı yaş axıtmağa ixtiyarı yoxdur”“Həmin gün çox üzüldüm. Şəhid Vüqar Sadıqovun övladlarını və xanımını üzgün gördüm. Onun yoldaşının hüquqlarının pozulması, təzyiqə məruz qalması, üstəlik hüquqlarını bilməməsi və müdafiəsiz qalması məni xeyli düşündürdü. “
“Sherg.az” xəbər verir ki, bu sözləri tanınmış müğənni, prodüser Ruhi Əliyeva Feysbuk səhifəsində yazıb. Şəhidin övladları ilə şəkilini paylaşan məşhur, açıqlamaları ilə diqqət çəkib:
“Axı niyə bəziləri dünya malını şəhid adından üstün tutur? Bununla canını torpaq uğrunda fəda etmiş, şəhidimizi hörmətsiz etmirlərmi?! Üç balanı anaları ilə birlikdə evdən qovanları, incidənləri mühakimə etməyi sizin ixtiyarınıza buraxıram. Bu barədə danışmaq istəmirəm. Bir şeyi dərk edirəm ki, bu gözəl balalar alını açıq, başı dik yaşamağa layiqdirlər. Axı onların atası igidlik və mərdlik nümayiş etdirib. Heç kəsin bu uşaqların gözündən bir damcı yaş axıtmağa ixtiyarı yoxdur. Vüqarın oğul yadigarı olan Yaşarın gözlərinə diqqətlə baxın...Bu gözlərdə nə qədər məğrurluq, ləyaqət və doğma bacılarını qorumaq əzmi var. Atanın çörəyi, ananın südü sənə halal olsun, Yaşar bala. Tanrı Sizləri pənahında saxlasın!”
Tarix: 14-09-2020, 13:17