Xətaidə icra başçısının keçdiyi küçələrə diqqət var... - YERDƏ QALANLAR İSƏ...

Hələ sovetlər dönəmindən ictimaiyyətin “JEK” adlandırdığı qurum dövlət strukturunda yük obrazını oynayıb. Qəribədir yalnız mərkəzi küçələrin sadəcə süpürülməsi və sakinlərə yaşayış yerindən arayış verilməsi kimi sıradan bir funksiyanı icra edən bu qurumların rəisləri özlərini həmişə hakimi mütləq kimi aparıblar. Lakin bu yalnız sovetlər dönəmində deyildi. Bu gündə “JEK” (MKİS-red.) rəislərinin özbaşınlıqları davam edir. Halbuki bu qurum əksər mütəxəssislərin rəyi ilə xidmət sahəsi olaraq ömrünü çoxdan başa vurub. Ölkə Prezidentinin “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” qanuna 30 noyabr 2018-ci il tarixli dəyişikliyi bu qurumun fəaliyyətini bir azda kiçiltdi. Ədalət naminə deyək ki, bu qurumun heç vaxt hər hansı fövqəladə səlahiyyətləri olmayıb. Lakin bu qanun yerində və zamanında qəbul edilmiş mühüm sənəddir.
Deməli MKİS-lərin fəaliyyətinin əsas hissəsi küçələrin təmizlənməsi olaraq qalır. Lakin bu qədər sadə bir proses üçün bir struktrun saxlanılması absurddur. Mütəxəssislər hesab edir ki, bu işlə yerli bələdiyyələrin məşğul olması daha məqsədəuyğun olardı. Çünki MKİS-lər hətta təmizliyi belə doğru – düzgün icra edə bilmirlər. Məhz Xətai rayon 27 saylı MKİS-də olduğu kimi. Dəyərli oxucuların nəzərinə çatdıraq ki, Zığ Yolu 22 ünvanda yerləşən bu təşkilata Məmmədov Natiq Savalan oğlu rəhbərlik edir.
Bu şəxsin əsas fəaliyyəti yalnız rayonun İcra Başçısının keçdiyi və baxa biləcəyi küçələrin təmizlənməsidir. Digər küçələr isə Natiq Məmmədov üçün sanki yoxdur. Məsələn Zığ Yolu kçəsində yerləşən 32№-li binanın arxasındakı antisanitariya.
Və həmin küçə ilə paralel olan eyni adlı digər sahələr. Sözsüz ki, həmin antisanitar vəziyyətlə bağlı foto və videoları oxucuların, eyni zamanda aidiyyatı dövlət qurumlarının diqqətinə çatdıracağıq. Çünki bu şəxsə edilən müraciətlər, şikayətlər sadəcə qulaqardına vurulur. Onu da qeyd edək ki, Natiq Məmmədovun bəzi əməlləri qanunla deyil, ayrı – ayrı şəxslərin istəklərinə uyğun yerinə yetirilir. Bu barədə də əlimizdə kifayət qədər faktımız var. Zaman – zaman onu da oxucuların, ən başlıcası isə bu şəxsə rəhbərlik edən struktur rəhbərinin diqqətinə foto və videolar vasitəsilə çatdıracağıq. Və mətbuat olaraq aidiyyatı orqanların nəzərinə çatdıraq ki, Natiq Məmmədova edilən şikayət və müraciətlərə əsasən bir cavab verir: “Deyiblər etmişəm, get kimə istəyirsən de.”
Xətai rayon icra Hakimiyyətnin başçısı Rafiq Quliyevin nəzərinə: Natiq Məmmədovla bağlı sizə müraciət edə bilərikmi?
Mövzuya qayıdacağıq.
Redaksiya məlumatda adı çəkilən qurum və yaşəxslərində cavab haqlarını tanıyır.dərc etməyə hazırdır. //Conflict.az//



Tarix: 14-09-2020, 08:37
-
Bu gün, 14:46
Azərbaycanda narkotik baronları toxunulmazdır? - İQBAL AĞAZADƏ
-
Bu gün, 14:38
Rayon rəhbəri 27 Sentyabr – Anım Günü ərəfəsində şəhid anası Zəminə Hüseynovanı 60 illik yubileyi münasibəti ilə təbrik edib
-
Bu gün, 14:33
“İndi siz deyin, Qəzənfər Abdullayev ailə-canlıdır, yoxsa iş-canlı?..” - FOTOFAKT
-
Bu gün, 14:27
Maaş kreditə, həyat borca... — Ekspert risk həddini açıqladı
-
Bu gün, 14:16
Şəmkirdə bələdiyyə sədrləri Daşınmaz Əmlakın 11 saylı Şəmkir ərazi idarəsindən və onun rəisindən şikayət edirlər
-
Bu gün, 13:28
“Kabinetlərindən çıxıb xəstəxanalardakı vəziyyətlə tanış olsunlar” – TƏBİB-ə çağırış
-
Dünən, 23:27
“Aqrar Tədarük və Təchizat” ASC ilə “Araz” və “OBA” marketlər şəbəkəsi əməkdaşlığa başlayıb “
-
Dünən, 23:20
Sumqayıtda “Şəhərsalma ili”nə töhfə? - Fərəcovun şəhərində "fısqırıq"
-
Dünən, 23:07
Tənqidlərdən sonra nazirlik təcili dəyişiklik etdi - FOTO
-
Dünən, 22:53
Naxçıvandakı bu deputatlar BANM rektorunun yaxın qohumları imiş
-
Dünən, 15:17
ƏT BAHALAŞDIQCA KOLBASA BAZARI BÖYÜYÜR... – Bu artım nədən xəbər verir?
-
Dünən, 15:09
“Milyonçu qardaşlar”ın sərvəti özlərinə qaldı - Hökm oxundu
-
Dünən, 14:54
David Seliverstov Çingiz Qənizadəni məhkəməyə verdi
-
Dünən, 14:31
Abşeron təhsilində rüşvəti görmür, kollektor üstündə daxmanı görür...
-
Dünən, 14:28
Şəhəri niyə PİS GÜNƏ SALIRLAR... - Şəhəri beləmi salarlar?
-
Dünən, 09:31
Rəşad Nəbiyevin cavabdeh olduğu nəqliyyat sistemi niyə vətəndaşı razı sala bilmir?
-
Dünən, 09:29
Əgər neftin cəfasını BİZ ÇƏKİRİKSƏ... - NARAZILIQ VAR...
-
Dünən, 09:20
"Ukrayna müharibəsinin həlli zaman məsələsidir" - Vens
-
Dünən, 09:17
Çünki medianın içində bəzi adların ətrafında elə bir aura yaradılıb ki, ...
-
Dünən, 09:01
BAKIDA DƏRİNLƏŞƏN PARKİNQ PROBLEMİ – Avtomobil saxlamağa yer tapılmır, nə etməli?
-
21-09-2026, 22:17
AZƏRBAYCANDA ƏN YÜKSƏK PENSİYANI KİMLƏR ALIR? – Və ya daha çox pensiya almaq üçün nə etməliyik?
-
21-09-2026, 21:52
Müəllimin vəzifəsi öyrətməkdir, “yoxdan adam etmək” deyil!
-
21-09-2026, 18:58
Qaçın, direktor gəldi... qaçın, direktor getdi... - BU NƏDİ BELƏ?
-
21-09-2026, 18:51
Veysəloğlu Şirkətlər Qrupu Qarabağda təhsilin inkişafına dəstək verəcək
-
21-09-2026, 15:57
Supermarketlərdə endirim oyunu: Alıcıların 81 faizi kassada fərqli qiymətlə üzləşir
-
21-09-2026, 15:54
Məktəblər açıldı, pul marafonu başladı... - Valideyn komitələri kimin sifarişini icra edir?
-
21-09-2026, 15:50
“Ay nazirlər, hünəriniz çatırsa, gedin özünüz camaat içinə çıxın”
-
20-09-2026, 22:37
Saatlının Kamallı kəndinin qaz problemi illərdir həllini gözləyir - VİDEO
-
20-09-2026, 22:34
Rayon sakinləri icra başçısını topa tutdu - “Nə kömək göstərdi, nə də...”
-
20-09-2026, 22:28
PANDEMİYA bəhanəsi keçərsiz olanda məsələni təhlükəsizliklə bağlamağa çalışırlar