Kimyaçılar qəsəbəsi ilə bağlı şikayət araşdırılıb


Kimyaçılar qəsəbəsi ilə bağlı şikayət araşdırılıb
“Servis-N” MMC barəsində protokol tərtib olunub və iş məhkəməyə göndərilib
 
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin rəsmi “Facebook” səhifəsində canlı yayımlanan “Ekspert saatı”na izləyici tərəfindən Sumqayıt şəhəri, Kimyaçılar qəsəbəsinin ərazisinə tullantıların atılması və ətrafa iy-qoxunun yayılması ilə bağlı ünvanlanan şikayət Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən araşdırılıb.
 
AYNA-nın xəbərinə görə, xidmətin rəis müavini Ramal Bağırov bildirib ki, araşdırma zamanı sözügedən ərazidə fəaliyyət göstərən "Servis-N" MMC-yə məxsus tullantıların əraziyə atılaraq qalaqlandığı faktı təsdiqini tapıb.
 
“Faktla bağlı Servis-N" MMC barəsində protokol tərtib olunub və Cəmiyyətin hüquqi şəxs qismində 6500 manatdan 8000 manatadək cərimələnməsi üçün toplanmış sənədlər Sumqayıt şəhər Məhkəməsinə göndərilib. Ərazinin tullantılardan təmizlənməsi və gələcəkdə belə hallara yol verilməməsi məqsədilə MMC-yə məcburi göstəriş verilib”, - deyə R.Bağırov bildirib.
Tarix: 13-09-2020, 20:23
Xəbəri paylaş



Xəbər lenti