Tanınmış vəkil Anar Qasımlı “Azərişıq” ASC-nin son iki ayda yazdığı “işıqpulu”nun məbləği arasında kəskin fərq olduğunu bildirib.
Pravda.az-ın xəbərinə görə, A.Qasımlı ASC-dən bunun səbəbinin açıqlanmasını xahiş edib: “Xatirinizdədirsə, ötən ay (iyul) hamı sosial şəbəkələrdə işıq pulunun artıq gəlməsindən narazılıq edirdi. Məsələn, bizə ötən ay 74 manat 79 qəpik işıq pulu borcu gəldiyi halda, bu ay (avqust) 22 manat 54 qəpik borc gəlib. Demək olar ki, həm iyulda, həm də avqustda elektrik enerjisindən eyni qaydada istifadə etmişik. Əcəba, Azərişıq ASC bunun səbəbini açıqlaya bilərmi?”
Tarix: 8-09-2020, 07:41