"İrşad Electronics"-i dəduzluqda ittiham etdilər: "Hörmətsiz İrşad Electronics! Mart ayında yoldaşım...."

  


"İrşad Electronics"-i dəduzluqda ittiham etdilər:
Teref.az xəbər verir ki, sosial şəbəkə istifadəçisi Vüsalə Qulieva (Вусаля Гулиева) İrşad Electronicdə dələduzluqla qarşılaşdığını iddia edir. Vüsalə Quliyeva bu haqda belə yazır:
"Hər kəsə salam postum biraz uzun ola bilər
Hörmətsiz İrşad Electronics! Mart ayında yoldaşım mənə Apple Iphone 11 hədiyyə alıb.Alarkən elədə bəzi detallara diqqət etməyib,daha doğrusu sizə güvənib ki,insanlara atış gəlməzsiniz,karobkadan original adapteri çıxarıb yerinə Ip 5 s adapteri qoymazsınız( o dərəcədə düşməmisiz yəqin).
Alınan zamandan diqqət edirəm telefon enerji yığmır. Normalda 1 saata dolmalı olan telefon 5/6 saat şarjda qalır və yığdığı enerji isə 60 neçə faizdir. Bu isə telefon üçün heçde normal bir hal deyil əksinə dahada batareyanı məhv edir, gec yığır və saxlamır. Pandemiyaya düşdüyümüz üçün servisə yaxınlaşa bilmədik, yollar bağlandı. Daha sonra mağazalar bağlı oldu,yaxınlaşmaq üçündə tel yoldaşımın adına olduğu üçün özü yaxınlaşmalı idi."

"Bugün biz aldığımız mağazaya müraciət etdik və bizə bildirdilər ki, bu adapter originaldır, heç bir saxtalıq yoxdur və dəyışə bılmərık, məhsul 14 gün ərzındə dəyışılməlıdır. Daha sonra texniki servisə yönəltdilər ki,ora yaxınlaşmalısız.
Xətaidə ki filala yaxınlaşdıq, yenə eyni bəhanələr siz nə danışırsız originaldır, karobkasında belə gəlir bla bla bla. Mən isə bildirdim ki, deyəsən rəsmi apple saytına baxmamısız. Nəyə görə 1950 m pul verilib alınan telefonumun içindən hansı haqqla siz adapteri çıxarıb başqa adapter itələmisiz???!!! Yoldaşım anlayışı olmayıb, kömək istəyib seçimdə budur mu sizin köməyiniz? istifadə etmək? Bizə yalandan at kimi üzümüzə durdular ki original adapterdir, apple belə göndərir.

İndi mən soruşuram hansıdır original olan? Deməli siz original adapterləri karobkasından çıxarıb yerinə 5 m adapter qoyub, digərini ayrıca baha qiymətə satırsız. O boyda Apple saytda yayımlayır, təqdimat edir hər bir detalına qədər.Mən bilsəm mənə tel alındığını özüm araşdırma edib ondan sonra alardım. Amma sizdən qəti yox! Mənim sadəcə tələbim öz adapterinin verilməsi, təmin olunması idi. Təbii ki,başlarından edib yola saldılar.
Budur mu sizin satış perspektivliyiniz? Müştəri məmnuniyətiniz? Bundan sonra sizdən çöp almaq nədi,mağazanın önündən keçmərəm. Sizin bu saxtakarlığınıza, istifadəçiliyinizə görə! Səhivələri tag edilmir ,bilirsiz ki millətin ürəyi sizdən nəyi var doludur, ar olsun sizlərə və sizin kimi dələduzlara!!!!"
Teref.az olaraq qarşı tərəfin mövqeyini işıqlandırmağa hazırıq!
Teref.az






Tarix: 29-08-2020, 08:42
Xəbəri paylaş



Xəbər lenti