“Aylardır ki, təxirə salınan toyların əhalinin artım sayına təsiri var. Fəlakətli vəziyyət olmayacaq, amma say azalacaq. Doğrudur, əvvəlki kimi toyların təmtəraqlı şəkildə keçirilməsi mümkün də deyil. Amma evlənməyin də qarşısını almaq olmaz”.Bun
Yenicag.az-a açıqlamasında
sosioloq Əhməd Qəşəmoğlu pandemiyaya görə toyların təxirə salınmasının əhalinin artımına mənfi təsirlərini dəyrləndirərkən deyib:
“Əhali ona görə toy etmirdi ki, bu, müvəqqəti haldır. Hamı gözləyirdi ki, pandemiya bitəndən sonra təmtəraqlı şəkildə toylarını edəcək. Toylar indi təxirə düşüb. Amma heç kimə evlənmək qadağan olunmayıb. Kiçik bir qrupla nikah kəsdirmək, ailə qurmaq olardı. Pandemiya bilinmir nə vaxt bitəcək. Yaxın vaxtlarda yoluxmanın sayının artması da ola bilər, digər virusun yayılma təhlükəsi də. Əhali artıq bilməlidir ki, yer üzündə əhali virusla birgə yaşamağa məhkumdür. Biz gərək indən belə davranışımızı elə quraq ki, vrus amilini də nəzərə alaq. Əhali çalışmalıdır ki, toyları təxirə salmasın, bunun bir formasını tapsın. Daha əvvəlki kimi toyların təmtəraqlı şəkildə keçirilməsi mümkün deyil. Amma evlənməyin də qarşısını almaq olmaz”.
Sosioloq yeni toy modelinin yaranmasına ehtiyac olduğunu bildirib:
“Əhalini arxayın salmamalıyıq ki, toyunuzu təxirə salın. Çünki sonradan təxirə salınan toylar hamısı birdən olacaq. Toy bumu yaşanacaq. Əhaliyə təlqin etmək lazımdır ki, yeni toy forması tapmalıdır. Mütəxəssislər kütləvi şənlikləri əvəzləyən digər toy modelləri təqdim etməlidir. Bir çıxış yolunu da mən deyim. Əhali kifayət qədər maariflənməlidir ki, toyda özünü apara bilsin. Bu gün icazə versələr ki, toy olsun ora gələnlərin tibbi qaydalara əməl etməsinə heç kim təminat vermir. Heç kim buna hazır deyil. Əvvəllər böyük şadlıq saraylarına 500 adam yığışırdısa, indi ora 50 adam yığışsın. Bizim əhali buna hazırdırmı?Yox”.
Tarix: 28-08-2020, 16:24