Teref.az xəbər verir ki, Mihran Saran adlı sosial şəbəkə istifadəçisi Sabunçuda yola əndrəbadi çəkilən asfaltdan şikayətçidir. Sabunçu İcra Hakimiyyəti uzun çəkən şikayətlərdən sonra küçəyə asfalt döşəyib, ancaq necə? Gəlin bunu Mihran Saran-dan eşidək:
"ŞIKAYƏTIM VAR!
Şikayətimi tam olaraq hara ünvanlamalı olduğumu bilmirəm. Sabunçunun icrasindanmi yoxsa asfalt çəkənlərdənmi. Deməli bizim küçəmiz pis gündəydi yağış yağırdı keçə bilmirdik. Nə piyada nə maşın. O biri küçədən keçirdik qonşulara minnətlə oz həyətimizə keçirdik.
Pul yigdi bütün məhlə kanalizasiyanı dəyişdirdik. Qaldı asfalt çəkmək. İki ildi fırlada fırlada şikayətlərdən sonra iki gün əvvəl gəlib küçənin ortasına yalandan asfalt çəkiblər. Haminin darvazasindan 1 metr aralı. Nə edək? "
"Gətirək ora da özümüz asfalt çəkək. Elə bu dəmdə bir qonşu 100lüklə öz qapısının ağzının hər tərəfli düzəltdi. Digərlərininkin eləmədilər. Mən hesab edirəm ki digərləri 50 filan təklif edib ondan cəkməyiblər. 100lük damağlarında qalıb.
Digər qonşuların şikayəti ilə bu gün gəliblər. Və biz rayondayıq. Belə bir xəbər eşitdik ki bizim qapı qalıb. Burdan RÜŞVƏTXORLUQ tam aydın gorsənir. Sözüm fəhlələrə deyil. Onlar əmrə tabedi. Başlarında duran ağalara aiddir yayanda barmaq gostərib qırağa vurma deyənlərədir.
Bu həm şikayət həm də məsləhətdir. Hara kimə necə şikayət edim. Bununla əlaqədar bir qurum varsa etiketləməyinizi xahiş edirəm. Təşəkkürlər."
Teref.az yazır ki, soaial şəbəkə istifadəçilərinin hamısı Sabunçu İcra Hakimiyyətindən "dad" deyirlər. Statusa fikrini bildirən bir istifadəçi (Görünür oda Sabunçuda yaşayır) yazır:
"Aika Y-va Sabuncunun icra bashcisindan men de chox naraziyam.Inshallah haqq oz yerini tapacag.Chox edaletsiz,ozunu dushunen insandi.Hec kimi ne qebul etmir,ne hec kimin derdini eshitmek istemir.Neye gore oturub orda mene shexsen chox maraqlidi."
Teref.az olaraq Sabunçu İcra Hakimiyyətinin səlahiyyətlilərinin mövqeyini dinləməyə hazırıq!
Teref.az