Yasamalda sakinləri dinləyən yoxdur... - Prezidentə müraciət olundu

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev istər paytaxt sakinləri, istərsə də regionlara səfərləri zamanı yerli əhali ilə görüşlərində vətəndaşların rifah halının yüksəldilməsinin dövlət siyasətinin prioriteti olduğunu bəyan edir, görülən işlərin, həyata keçirilən sosial layihələrin insanların rahatlığının təmininə hesablandığını vurğulayır. Zatən, ölkə vətəndaşları da buna şahiddir. Yol tikintisi, yeni keçidlər, körpülər, xəstəxanalar, müəssisələr... hamısı vətəndaşların həyat şəraitinin daha da yaxşılaşdırılmasına xidmət edir.
Cənab Prezident, həmçinin, dəfələrlə qanunsuz tikililərə, yaşıllıqların məqsədli şəkildə məhv edilib, yerində hansısa obyektlərin tikilməsinə etiraz edib, lazımi göstərişlər verib, nəticədə həmin ərazilərdə sakinlərin istirahəti üçün gözəl park, bağ salınıb. Bir müddət öncə Bakının Yasamal rayonu ərazisində, ondan əvvəl Qaraçuxur qəsəbəsində qanunsuz hasarlanmış ərazilərdə məhz Prezidentin sərt mövqeyindən sonra yaşıllıq sahəsi yaradıldı, həmin ərazilərdə park salındı.
Hazırda paytaxtın Yasamal rayonu ərazisində, necə deyərlər, “başının üstünü qara bulud almış” ərazi mövcuddur. Yasamal rayonu, Həsən bəy Zərdabi küçəsi 84-85 ünvanında, Akademik Topçubaşov adına xəstəxananın (Akademik Topçubaşov adına Elmi-Cərrahiyyə Mərkəzi) tam yanında, hətta ona bitişik böyük bir ərazi kimlərsə tərəfindən uzun müddətdir hasarlanıb.
Ətraf binaların sakinləri dəfələrlə buna etiraz etsələr də, vəziyyət dəyişmir. Sakinlərin dediyinə görə, hasarlanmış ərazidə gah market, gah da hündürmərtəbəli bina tikiləcəyi xəbərləri gəlir, sakinlər etiraz edir, etirazlardan çəkinənlər işləri müvəqqəti təxirə salır.
Halbuki, ərazidə istirahət parkı yaratmaq mümkündür. Hasara alınmış ərazidə çoxillik ağaclar var. Həm də həmin yer xəstəxananın yanıdır. Yaşıllıq əraziyə bir neçə oturacaq yerləşdirmək xəstəxanaya gələnlərin də əyləşib dincəlməsi üçün ideal variant olar. Hasara alınmış ərazi yol kənarına yaxın olduğundan parkdan savayı istənilən digər tikili orada sıxlığa səbəb olacaq və tıxac yaradacaq. Ətraf binaların sakinləri Prezidentdən xahiş edirlər ki, ərazinin zəbt olunmasının qarşısını alsın və orada sakinlər üçün gözəl park salınmasına göstəriş versin. //sherg.az/
Tarix: 26-08-2020, 20:50
-
Bu gün, 14:46
Azərbaycanda narkotik baronları toxunulmazdır? - İQBAL AĞAZADƏ
-
Bu gün, 14:38
Rayon rəhbəri 27 Sentyabr – Anım Günü ərəfəsində şəhid anası Zəminə Hüseynovanı 60 illik yubileyi münasibəti ilə təbrik edib
-
Bu gün, 14:33
“İndi siz deyin, Qəzənfər Abdullayev ailə-canlıdır, yoxsa iş-canlı?..” - FOTOFAKT
-
Bu gün, 14:27
Maaş kreditə, həyat borca... — Ekspert risk həddini açıqladı
-
Bu gün, 14:16
Şəmkirdə bələdiyyə sədrləri Daşınmaz Əmlakın 11 saylı Şəmkir ərazi idarəsindən və onun rəisindən şikayət edirlər
-
Bu gün, 13:28
“Kabinetlərindən çıxıb xəstəxanalardakı vəziyyətlə tanış olsunlar” – TƏBİB-ə çağırış
-
Dünən, 23:27
“Aqrar Tədarük və Təchizat” ASC ilə “Araz” və “OBA” marketlər şəbəkəsi əməkdaşlığa başlayıb “
-
Dünən, 23:20
Sumqayıtda “Şəhərsalma ili”nə töhfə? - Fərəcovun şəhərində "fısqırıq"
-
Dünən, 23:07
Tənqidlərdən sonra nazirlik təcili dəyişiklik etdi - FOTO
-
Dünən, 22:53
Naxçıvandakı bu deputatlar BANM rektorunun yaxın qohumları imiş
-
Dünən, 15:17
ƏT BAHALAŞDIQCA KOLBASA BAZARI BÖYÜYÜR... – Bu artım nədən xəbər verir?
-
Dünən, 15:09
“Milyonçu qardaşlar”ın sərvəti özlərinə qaldı - Hökm oxundu
-
Dünən, 14:54
David Seliverstov Çingiz Qənizadəni məhkəməyə verdi
-
Dünən, 14:31
Abşeron təhsilində rüşvəti görmür, kollektor üstündə daxmanı görür...
-
Dünən, 14:28
Şəhəri niyə PİS GÜNƏ SALIRLAR... - Şəhəri beləmi salarlar?
-
Dünən, 09:31
Rəşad Nəbiyevin cavabdeh olduğu nəqliyyat sistemi niyə vətəndaşı razı sala bilmir?
-
Dünən, 09:29
Əgər neftin cəfasını BİZ ÇƏKİRİKSƏ... - NARAZILIQ VAR...
-
Dünən, 09:20
"Ukrayna müharibəsinin həlli zaman məsələsidir" - Vens
-
Dünən, 09:17
Çünki medianın içində bəzi adların ətrafında elə bir aura yaradılıb ki, ...
-
Dünən, 09:01
BAKIDA DƏRİNLƏŞƏN PARKİNQ PROBLEMİ – Avtomobil saxlamağa yer tapılmır, nə etməli?
-
21-09-2026, 22:17
AZƏRBAYCANDA ƏN YÜKSƏK PENSİYANI KİMLƏR ALIR? – Və ya daha çox pensiya almaq üçün nə etməliyik?
-
21-09-2026, 21:52
Müəllimin vəzifəsi öyrətməkdir, “yoxdan adam etmək” deyil!
-
21-09-2026, 18:58
Qaçın, direktor gəldi... qaçın, direktor getdi... - BU NƏDİ BELƏ?
-
21-09-2026, 18:51
Veysəloğlu Şirkətlər Qrupu Qarabağda təhsilin inkişafına dəstək verəcək
-
21-09-2026, 15:57
Supermarketlərdə endirim oyunu: Alıcıların 81 faizi kassada fərqli qiymətlə üzləşir
-
21-09-2026, 15:54
Məktəblər açıldı, pul marafonu başladı... - Valideyn komitələri kimin sifarişini icra edir?
-
21-09-2026, 15:50
“Ay nazirlər, hünəriniz çatırsa, gedin özünüz camaat içinə çıxın”
-
20-09-2026, 22:37
Saatlının Kamallı kəndinin qaz problemi illərdir həllini gözləyir - VİDEO
-
20-09-2026, 22:34
Rayon sakinləri icra başçısını topa tutdu - “Nə kömək göstərdi, nə də...”
-
20-09-2026, 22:28
PANDEMİYA bəhanəsi keçərsiz olanda məsələni təhlükəsizliklə bağlamağa çalışırlar