Kapital Bank müştəriləri belə aldadır - Və ya müştərilərin "Bir Kart" problemi...FOTO



Kapital Bank müştəriləri belə aldadır -
Teref.az yazır ki, Kapital bank-dan daha bir şikayəti sosial şıbıkı istifadəçisi Rövşən Əsədov edib Rövşən Əsədov şikayətində yazıb:
"Hörmətli həmkarlar, şikayətimin media resurslarında dərc edilməsinə etiraz etmirəm!

Kapital Bankdan bu ilin yanvar ayında BirKart əldə etdim. Mənə kartı əldə edərkən məlumat verildi ki, bir il ərzində karta abunəhaqqı ödənilməyəcək, ikinci ildən 35 manat abunəhaqqı ödəniləcək. Razılaşdım. İndi isə mesaj göndəriblər ki, borcunuz olduğu üçün kartınız bloklanıb.

Operatora zəng etmişəm, deyirəm ki, ay xanım, il tamam olmamış niyə abunəhaqqı tələb edilir, tələb edilirsə niyə bildiriş göndərilmir, bunlar cəhənnəmə abunəbaqqı gecikməsinə görə niyə əlavə faiz hesablanır, bəs bir illik pulsuz idisə niyə abunəhaqqı tələb edilir?

Nilufər adlı operator deyir ki, biz sizə Birbank vasitəsilə bildiriş göndərmişik, baxmamısınızsa bu sizin probleminizdir. 3 ay ərzində dəyəri 20 manatdan çox olma şərtilə 5 dəfə əməliyyat etdiyiniz halda kartınız bir illik pulsuz olur, etmirsinizsə o zaman 90 gündən sonra abunəhaqqı tələb edilir."

"Sualıma cavab verən yoxdur ki, bəs bu smartfon telefonu olmayan biri Birkart əldə etsə, bu cür problem yaşansa məsuliyyəti kim daşıyacaq? Dələduz Kapitalbank, yoxsa yetim müştəri? Birbank istifadə etməyən biri bu bildirişdən xəbərsiz olsa bir ildən sonra xəbər tutacaq ki, adama 150 manat borc yazmısınız 35 manat abunəhaqqına görə. Birbankda bildiriş göndərəcəksinizsə bəs əlaqə nömrəmizi niyə alırsınız, niyə əlaqə nömrəsinə bildiriş göndərib müştərini məlumatlandırmırsınız? Adımıza gecikmə yazdırıb əlavə faiz yemək üçün?

Saxtakar Kapitalbank, müştərilərinə qarşı etdiyin bütün əxlaq və peşə kodekslərinə ziddir, vicdanınız olsun!

Əgər 90 gün ərzində 5 dəfə 20 manatdan çox olmaq şərtilə əməliyyat etmirəmsə niyə elə 90 gündən sonra məni xəbərdar etmirsiniz, 7 aydan sonra borcum olduğu üçün kartımın bloklanması ilə bağlı nömrəmə mesaj göndərirsiniz? Əgər nömrəmə mesaj göndərə bilirsinizsə niyə məhz abunəhaqqının ödənilməsi ilə bağlı mesaj göndərmirsiniz? Niyə özünüzü Birbank tətbiqində göndərdiyiniz mesajla sığortalayırsınız?

Mən kartın bir ilinin tamam olmağını gözləsəm ayılacam ki, mənə artıq külli miqdarda borc yükləmisiniz?

Vicdan, vicdanınız olsun!"
Teref.az olaraq adları çəkilən şəxs və qurumların mövqeyini işıaqlandırmağa hazırıq!
Teref.az
Tarix: 21-08-2020, 21:40
Xəbəri paylaş



Xəbər lenti