Teref.az yazır ki, Sumqayıtda reklamın ancaq kimlərəsə pul qazanmaq mənbəyi olduğu barədə dəfələrlə yazmışıq. Amma görünür bu qədər yazılanların xeyri yoxdur. Sumqayıtdan poçtumuza daxil olan şikayət məktubu təqdim edirik:
Salam Hörmətli redaksiya!
Dəfələrlə mətbuatdan oxumuşuq ki, Sumqayıtda sosial məsuliyyət qalıb qıraqda və ancaq hardan pul şıxırsa ancaq o işlə məşğul olur yerli İcra orqanları. Bu həqiqətən də belə imiş. Belə olmasa idi Baki paytaxtımız olsa da böyük şəhər olsa da mərhum şəhid generalımız Polad Həşimovun çox qısa bir zamanda xatirəsi əbədiləşdirilərək küçə və prospektərdə gözə gəlimli yerlərdə generalımızın foto şəkilləri vurulmuşdur.
Ancaq generalın doğulub yaşadığı Sumqayıt şəhərində isə dəfələrlə sosial şəbəkələrdə də qeyd olunduğu kimi ayrı-ayrı kommersiya obyektlərinin sahiblərinin öz təşəbbüsləri ilə öz şəxsi obyektlərinə vurulmuş şəkilləri nəzərə almasaq demək olar ki 1 ya 2 yerdə şəhər rəhbərliyi səviyyəsində mərhum şəhid generalimizin şəkilinə rast gəlinir.
Nəzərinizə çatdırım ki, qonşu İran İslam Respublikasında Tehran şəhərində yol boyu öz şəhidlərinin daim xatırlanması üçün şəhidlərinin şəkilləri vurulub.
Qonşumuz Türkiyə Cümhuriyyətində bütün ucqar şəhərlərdə belə öz şəhidlərinin plakatlarına rast gəlinir. Bizdə Sumqayıtda isə küçələr boyu şəhər İcra Hakimiyyətinin tabeliyində olan dayanacaqlarda yerləşdirilmiş sosial media lövhələri kommersiya xarakterli taksi şirkətlərinin reklamları ilə bəzədilmişdir. Şəhərdə mövcud yüzdən çox dayanacağın heç birində sosial marifləndirici yol hərəkəti nişanlarına aid və yaxud digər marifləndirici heç bir məlumata rast gəlinmir.
Taksi şirkətlərinə şəhərimizdə mövcud kommersiya reklam lövhələri sanki bəs etmir kimi dayanacaqlardakı sosial mariflləndirici məlumatların yayımlanması xarakterli lövhələr də satılıb ki, bu səbəbdən də paytaxt Bakıdan fərqli olaraq Sumqayıtda pul çıxmayan işə heç kim baş qoşmur deyimi yayılıb.
Bakı Nəqliyyat Agentliyinə məxsus üç mindən çox dayanacaqlarda 1 dənə də olsun nə taksi xidməti nəd digər kommersiya reklamına rast gəlinmir. Çünki əhalinin gur olduğu dayanacaqlar sosial marifləndirici reklam lövhələri və artıq Sumqayıtdan fərqli olaraq şəhid generalimızın şəkili vurulmuş lövhələrlə əhatə olunmuşdur. Sumqayıtda isə necə deyərlər "Pul çıxmayan işə baş qoşulmur"!
Fotofakt : İcra hakimiyyətinin reklam idarəsi Dayanacaqlarda reklam xidməti təklif edir kommersiya obyektlərinə.
Kənan Mustafayev
Teref.az olaraq qarşı tərəfin mövqeyini işıqlandırmağa hazırıq!
Teref.az
Tarix: 21-08-2020, 07:29