Ən çox “uşaq pulu” verən ölkə hansıdır? – BİZİM ARAŞDIRMA


Ən çox “uşaq pulu” verən ölkə hansıdır? – BİZİM ARAŞDIRMA

Azərbaycanda “uşaq pulu” məsələsi arıtq bir neçə ildir ki, müzakirə olunur.
Bu məsələ dəfələrlə parlament tribunasından səslənməsinə baxmayaraq həllini tapmır.
Xəbər verildiyi kimi, son günlərdə Milli Məclisin rəhbərliyi səviyyəsində "uşaq pulu" ilə bağlı işçi qrup yaradılıb. Parlamentin payız sessiyasında xüsusi komitədə “uşaq pulu” məsələsi müzakirə olunacağı bildirilir.
Bəs Dünyada uşaqların sosial müdafiəsi üçün daha çox maliyyə ayrıan ölkələr hansılardır?
Cebhe.info-nun araşdırmasına görə, bir neçə mənbədə həmin ölkələrin ərəb ölkələri olduğu bildirilir.
“Save the Children” şirkəti siyahıda ən çox “uşaq pulu” verən dövlətlər arasında ərəb ölkələri və Avropanın bəzi dövlətləri yer alıb.
Məsələn, siyahıya görə, Birləşmiş Ərəb Əmirliklərində valideynlərin kredit borcları varsa, onun 20 min dollaradək hissəsi yeni doğulmuş uşağa görə silinir. Bundan əlavə valideynlərə 50 min dollar məbləğində müavinət ayrılır. Eləcə də körpənin adına bankda hesab açılır və 18 yaşına çatdığı zaman ona 100 min dollar pul verilir.
Küveytdə uşaq gözləyən valideynlərə, hələ o dünyaya gəlməzdən əvvəl 240 min dollar kredit götürmək imkanı yaradılır. Həmin vəsaitin 20 min dollaradək olan hissəsi uşağın “göz açmasının” şərəfinə silinir. Onun üçün bankda 3 min dollar məbləğində hesab açılır və həmin məbləğin üzərinə uşaq 18 yaşına çatanadək faiz əlavə olunur. 18 yaşında isə bu məbləğ ona verilir.
Avropa ölkələri olan Almaniya, Fransa, Norveç, Böyük Britaniyada da uşaqlar üçün 16-17 yaşına qədər müxtəlif məbləğli müavinətlər verilir.
Hindistanda əhali sıxlığı problemi olsa da, bu uşaqların 14 yaşınadək 100 dollar məbləğində müavinətlə təmin olunmasını əngəlləmir.
Postsovet ölkələrindən isə Rusiya, Qazaxıstan, Özbəkistan, Latviyada “uşaq pulu” tətbiq olunur.
Qeyd edək ki, sovet dövründə Azərbaycanda da “uşaq pulu” mövcud olub. 2006-cı ilədək bu məbləğ çox az olduğu üçün dayandırılıb.
Tarix: 13-08-2020, 19:47
Xəbəri paylaş



Xəbər lenti