"İnanmıram ki, bu işsizlik dövründə kimdəsə pul olsun, mağazalarla maraqlansın" - video
Bazar ertəsindən sərtləşdirilmiş karantin rejiminin qüvvədə olduğu rayon və şəhərlərdə bəzi istehsal, ticarət və xidmət sahələrinin fəaliyyətinə icazə verilməsi haqda qərar qəbul edilib. Bu barədə Nazirlər Kabineti qərar verib. Bəs Bakıda mağazalarda alıcılar varmı?
Bu gün həm də bir çox iş yerləri açıldığı üçün şəhərdə və ictimai nəqliyyatda daha çox sıxlıq müşahidə olunur. Bəs bu sıxlıqda insanlar özlərini necə qoruyur?