İlqar Məmmədov yenə Üzeyirdən danışdı - Altay Göyüşova "söz atdı"...


“Toylar yasaqdır, şou-biznesin az qala hamısı şikayət edir, əsəbi statuslar yazır, ağlayır. Bircə Üzeyir Mehdizadənin adını əsəbilər sırasında görmürəm, baxmayaraq ki, böhranın ona da təsiri şübhəsizdir. Mehdizadə özünü Azərbaycan toy sənayesinin durumundan nisbətən sığortalamağı bacaran biznes modeli qurmuşdur deyə, karantinin onu başqalarından daha az vurduğunu düşünürəm”.

Yeniavaz.com xəbərinə görə, bunu ReAl Partiyanın sabiq sədri İlqar Məmmədov deyib.
“Bu biznes modelinin perspektivli olması haqda 10 ay əvvəl mən danışanda, Azərbaycan əsilli amerikalı politoloq Altay Göyüşov bunu dayaz dedi-qodu üçün hadisəyə çevirmişdi. İndi təklif edirəm hörmətli politoloq toy sənayesinin itkilərini əsəbi müğənnilərimizə özü kompensasiya etsin” – İ.Məmmədov qeyd edib.
Tarix: 9-08-2020, 23:05
Xəbəri paylaş



Xəbər lenti