Rayonlara gediş-gəlişin açılması TƏKLİF OLUNDU - VİDEO


Deputat Fazil Mustafa koronavirus pandemiyası dövründə bəzi iş yerlərinin açılmasını təklif edib.
7News.Az xəbər verir ki, deputatın fikrincə, xüsusi karantin dövründə marketlərə çox sayda insan daxil olur.
"Amma digər müəssisələr işləmir. Kiçik sahibkarlıq fəaliyyət göstərmir. Nazirlər Kabineti yanında operativ qərargaha müraciət edirəm ki, qərarlarına bir də baxsın. Nə qədər müəssisə varsa, açılsın. Amma nəzarət də gücləndirilsin, karantin qaydalarının pozulmasına görə yeri gələndə sahibkar cərimələnsin. Lakin insanlar işsiz qalıblar, biz bunu anlamalıyıq”, - deyə F.Mustafa əlavə edib.
Millət vəkili qeyd edib ki, rayonlara gediş-gəliş açılmalıdır ki, bölgələrdə turizm sektoru məhv olmasın.
Millət vəkili Vahid Əhmədov da qeyd edib ki, karantin rejimi dövründə bir çox sahələrin fəaliyyətinə icazə verilməlidir: "Türkiyədə bütün müəssisələr işləyir, amma dövlət ciddi nəzarət edir. Karantin rejimini pozanlara qarşı tədbirlər görülür. O, 2020-ci ilin dövlət büdcəsinə dəyişiklik layihəsinin müzakirəsi zamanı bildirib ki, hökumət Azərbaycanda yaranan su qıtlığının aradan qaldırılması üçün addımlar atmalıdır".
"Dövlət büdcəsində xərclərin artırılması böhrandan çıxmaq üçün potensial imkanlar formalaşdırır”. Bunu isə parlamentin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili deyib.
Millət vəkili deputatlar Erkin Qədirli və Bəxtiyar Əliyevin təhsil haqlarının azaldılması barədə təkliflərinə də münasibət bildirib. O qeyd edib ki, Nazirlər Kabinetinin təhsil haqqının ödənilməsində güzəşt edilməsi barədə qərarı var. Millət vəkili bildirib ki, güzəştlər yalnız yaşayış səviyyəsi, maddi durumu aşağı olan şəxslərə aid edilir.
Deputat Bəhruz Məhərrəmov isə hüquq-mühafizə orqanlarına müraciət edib. O, bildirib ki, bu gün şəhid general-mayor Polad Həşimovun adı üzərindən sosial şəbəkələrdə manipulyasiyalar edilir. "Ötən gün xəbər yayıldı ki, guya Qəbələdə Həzi Aslanovun küçəsinin adı dəyişdirilərək, Polad Həşimov küçəsi olub. Sonra məlum oldu ki, bu, yalan xəbərdir”, - deyə B.Məhərrəmov əlavə edib.
Millət vəkili söyləyib ki, şəhid adı üzərindən, karantin qaydaları ilə bağlı da oyunlar oynanılır. "Hökumətə qarşı açıq çağırışlar edilir. Bu, cinayət təqibinin başlanılması üçün əsas olmalıdır”.
Tarix: 6-08-2020, 16:57
Xəbəri paylaş



Xəbər lenti