ARAZ Supermarketlər şəbəkəsində Qurban bayramı biabırçılıqları: Dünən sifariş edilən qurbanlıq quzu bu gündə gəib çıxmayıb... İTTİHAM

          


ARAZ Supermarketlər şəbəkəsində Qurban bayramı biabırçılıqları:
Teref.az xəbər verir ki, Qurban Bayramının sərt karantin dövrünə düşməsi bir çoxlarını çıxılmaz vəziyyətə qoysada bizim ticarət müəsisələrimiz
vətəndaşlarımızın köməyinə çatdı. Elə demək olarsa.. Çünki bir çox supermarketlər Qurban Bayramında vətəndaşalrın yanında olacaqlarını, onlara kömək edəcəklərini və sairələri dedilər! Reklam etdilər, söz verdilər.... Bəs əslində nə oldu. Mediada, sosial şəbəkələrdə rast gəldiyimiz şikaytlərdən görünür ki, rekamlarına baxmayaraq onlar bu aksiyaya hazır deyildilər və müştəriləri yenədə xəyal qırıqlığına uğratdılar. Belə şikayətlərdən biridə İlqar Zeynalovun ARAZ Supermarketlər şəbəkəsindəndir. İlqar Zeynalov yazır:

"Şikayətim ARAZ Supermarketlər şəbəkəsindəndir!

5 gün öncədən TV-də, sosial şəbəkələrdə aləmə car çəkdilər ki, Qurbanlıq quzularınızı bizə əmanət edin. Təmiz və keyfiyyətli qablaşdırılması və çatdırılması, şəriət qaydaları ilə kəsimi və s. özfəaliyyət tərifləri 5i 1qəpikdən.

Nəsə inandıq, etibar etdik və sifariş verdik. Sifarişi qəbul etdilər, müştəri kodu verdilər və bildirdilər ki, maksimum günün 1ci yarısına qədər sizə ən yaxın filiala çatdırılacaq, paketlənmiş halda. Nə deyək Allah qəbul etsin dedik.

Günün 1ci yarısından 2 saat keçdi və səs soraq yoxdur. Əlaqə saxlamağa çalışdıq, bütün xətlər məşğul. Dəfələrcə yığdıqdan sonra bir zülmlə qəbullarına düşə bildik. Sağ olsunlar məlumat verdilər ki, kəsilib qurbanlıq, maşınlara yüklənib yola düşür. Maksimum saat yarım, 2 saata sizdədir. Dedik nə edək, buna da şükür. Beləcə saatlar keçdi, sükut həmişəki kimi, gözlər telefonda.

Saat 18:00 yenidən əlaqə saxlamağa çalışdıq, ama təəssüf ki, bu nömrəyə zəng çatmır, telefon ya söndürdülüb və ya əhatə dairəsi uzaqdır...

Teref.az xəbər verir ki, İlqar Zeynalov öz Qurbanlıq quzusunun ona çatdırılması "əməliiyatı" barədə axırda belə yazır, saat 23:23dür. Dəqiqələrdən sonra gün yekunlaşır. Bu da bizim Müqəddəs Qurban bayramı. Bu gün hər kəsin evində qazan qaynamalı, ama səriştəli səbəbkarların sayəsində qaynamadı. Buna görə də təşəkkür və ürək sözlərimiz çoxdur onlara.

Və sonda tövsiyyəm odur ki, bacara bilmədiyiniz və öhdəsindən gələ bilməyəcəyiniz işin və yükün altına mənfəət güdsəniz belə girməyin. Çünki, o mənfəəti əldə edə bilməyə qüdrət lazımdır. Ama vicdanlı insanlar bu Müqəddəs Bayramda mənfəət güdməli deyil də, ehsanat etməlidir."
Qeyd etmək istəyiri ki, teref.az vətəndaşların bu məsələ ilə bağlı fikirlərini öyrənən zamanı əmin olduq ki, bu hal bir çoxlarının başına gəlib Məsələn Samirə əsədova yazır:
Самира Асадова Eynen dediklerinizi dunen yashadiq.Evvel dedi mashinlara yuklenib Mehemmediden yola cixir artiq mashinlar.Nece uzaq yoldursa Ehmedliye 20 saatdi o mashin gelib cixa bilmedi.Sonra hansi nomreye yigdiqsa adboy elediler, diger nomreleri ise umumiyyetle sondurduler.Ayib olsun size! Bacarmadiginiz ishe acgozluye gore bash qoshmayin.Qoyun here oz ishi ile meshgul olsun!!!
Araz Bağı Türkman isə baltanı lap kökündən vuraraq yazır:
Araz Bağı Türkman Araz marketlər şəbəkəsi keyfiyyətsizlikdə bir nümunədir. Elə bil bilərəkdən pis eləməyə çalışırlar. Məhsulları da o birilərinə baxmış daha keyfiyyətsizdir. Mümkün olduğu qədər ordan alış veriş eləmək məsləhət deyil
1
Скрыть комментарий или пожаловаться на него
Нравится
· Ответить · 2 мин.
Teref.az olaraq qarşı tərəfin mövqeyini dinləməyə hazırıq!
Teref.az



Tarix: 1-08-2020, 12:59
Xəbəri paylaş



Xəbər lenti