“Test cavablarını qarışdıran TƏBİB sağ ayaq əvəzinə sol ayaq kəsən səhiyyəyə rəhmət oxutdurmağa başlayıb”.
Pravda.az-ın xəbərinə görə, bunu jurnalist İbrahim Kamiloğlu deyib.
İ.Kamiloğlu qeyd edib: “Son 2 gündə xəstə olmayan nə qədər insan “pozitiv” cavabı gəldiyinə görə stress keçirdi?! Nə qədər virusa yoluxan insan cavab mənfi gəldiyi üçün rahat gəzib-dolaşaraq, hətta sevincindən yaxınlarını öpüb-qucaqlayaraq neçə-neçə insanı yoluxdurdu?! Bunlara görə cavab verən olacaq? Yoxsa, sadəcə olaraq "Bağışlayın, səhv olub" cavabı yetərli sayılacaq? İndidən sonra sizin sözlərinizə, nəticələrə kim inanacaq? Onsuz da neçə gündür statistika paylaşmırdım. (Bunun da səbəbi varıydı). Əvvəllər bir neçə dəfə paylaşmasam da, gələn mesajlara bir-bir cavab verməkdənsə, bir status yazmağı üstün tuturdum. Bu gündən isə birdəfəlik dayandırıram. Səhv olan və ya ciddiliyinə şübhə etdiyim məlumatları paylaşmamışam heç vaxt. Bundan sonra da o cür...”
Xatırlatma: Bu gün İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin yaydığı məlumatda bildirilib ki, 25 və 26 iyul tarixlərində its.gov.az portalından vətəndaşlara koronavirus testinin nəticələri haqqında göndərilən məlumatda texniki xəta ilə əlaqədar yanlışlıq olub.
Agentlik qeyd edilən tarixlərdə its.gov.az portalından SMS-lə mesaj alan şəxslərdən rica edir ki, testin nəticəsini nəzərə almasınlar. 27 iyul tarixindən başlayaq test nəticələri ilə bağlı vətəndaşlara yeni SMS-lər göndəriləcək. Sistemdə baş verən texniki xətaya görə üzr istəyirik.
Tarix: 26-07-2020, 20:06