“Bir ölkədə ki, hər üç nəfərdən biri yoxsuldur, onun nə müharibə potensialı olacaq?”




12 iyul tarixindən etibarən düşmən Azərbaycanla sərhəddə yeni hərbi təxribatlara rəvac verib.
 
Maraqlıdır, hərbi müstəvidə aktivlik sərgiləməyə çalışan Ermənistanın uzunmüddətli müharibə aparmaq üçün gərəkli iqtisadi potensialı varmı?
 
Moderator.az-a açıqlama verən millət vəkili Vüqar Bayramov Ermənistanın iqtisadi durumunun kifayət qədər acınacaqlı olduğuna diqqət çəkdi:
 
“Əslində Ermənistanın Tovuz təxribatları törətməkdə əsas məqsədlərindən biri diqqəti Ermənistandakı qğır iqtisadi-sosial problemlərdən yayındırmaq idi. Ermənistanın özü etiraf edir ki, ölkədə hər dörd nəfərdən biri yoxsuldur. Beynəlxalq statistikada isə bu rəqəm hər üç nəfərdən birdir. Ermənistanın rəsmi statistikasına görə bu ölkədə hər beş nəfərdən biri işsizdir. Beynəlxalq hesabatlarda isə Ermənistandakı işsizlərin nisbəti hər dörd nəfərdən birdir. Bu, ondan xəbər verir ki, Ermənistanda həm yoxsulluq, həm də işsizliyin səviyyəsi kifayət qədər yüksəkdir.
 
Ermənistan iqtisadiyyayının acınacaqlı vəziyəti erməni ordusunda da özünü göstərir. Ermənistanın təxribatından sonra yayılan videolarda erməni əsgərlərinin mövqelərini qoyub qaçmasını, polislərin onları zorla saxlamasını əks etdirən görüntülər yer alıb ki, bu da düşmən ordusunda vəziyyətin olduqca acınacaqlı olduğunu göstərir.
 
Bir sözlə, Ermənistanın mövcud iqtsiadi potensialı ona uzunmüddətli müharibə aparmağa imkan vermir”.
 
Seymur ƏLİYEV
Tarix: 22-07-2020, 09:02
Xəbəri paylaş



Xəbər lenti