"Azərcell çətin dövrlərdə insanların ünsiyyətini asanlaşdırmaqdan, sui-istifadə edib daha da çətinləşdirirlər" - ŞİKAYƏT

       



Teref.az yazır ki, Azərcell-dən müştərilərin şikayətləri bitib tükənmir. Bu şikayətlər kontrların (pullaırnın) yoxa çıxmağından tutmuş, bərbad xidmətə qədər böyük bir spektr əhatə edir. Azərcell müştərisi Cavanşir Kazımovda belə şikayətçilərdən biridir.
Cavanşir Kazımov şikayətində yazır:
Şikayətim 2 qəpik(0.02 AZN) faktura borcuna görə xətti bağlayan Azercell dəndir. Xiaomi iCloud funksiyasını sinxronizasiya etmək istəyəndə öz-özündən çıxdı. nömrə korporativ, fakturalı abunə xəttidir, iş yerində şirkətdaxili nömrələrlə əlaqə saxlamaq üçün verilib, bu vaxta kimi 4 rəqəmli nömrələr (* taksilər, müştəri xidmətləri və s) əlaqə saxlayanda xətti bağlayırdılar, 10 qəp borca görə 1 manat yükləyirdim, ondan sonra açılırdı.

xətt bağlı olduğu üçün zəng edib özləri ilə danışa bilmirəm, məcburən sosial şəbəkələrdəki hesablarına müraciət edirəm. deməli əgər internetə çıxış olmasa, tamamilə təcrid olunmuş vəziyyətdə qalacaq müştəri.
Teref.az yazır ki, daha sonra Cavanşir Kazımov fikrini tamamlayaraq qeyd edir ki, bu sistem başdan axıra düzgün deyil, yerindəcə xətti bağlamaq problemlərə səbəb olur, maneə törədir, gecikmələrə səbəb olur və s. üstəlik də ən asası nüfuzunuza da ciddi təsir edir.
Əslində məsələ ümumiyyətlə belə bir vəziyyətin mövcudluğudur. Çətin dövrlərdə insanların ünsiyyətini asanlaşdırmaqdan, sui-istifadə edib daha da çətinləşdirirlər, özü də belə mənasız, dəxlisiz məsələlərə görə.
Qarşı tərəfin fikirlərini dinləməyə və səhifəmizdə dərc etməyə hazırıq!
Teref.az


Tarix: 18-07-2020, 10:25
Xəbəri paylaş



Xəbər lenti