"Sentyabrın 15-i tədris ili başlayır. Vakansiyalar peşəkar kadrlar tərəfindən tutulmalıdır. Bunun üçün da müsabiqənin bütün mərhələləri başa çatdırılmalıdır". Pravda.az-ın xəbərinə görə, bunu Təhsil Nazirliyinin İnsan resursları şöbəsinin müdiri Eşqi Bağırov müəllimlərin işə qəbulu üzrə müsabiqədən danışarkən deyib.
Şöbə müdiri bildirib ki, yerdəyişmə müsabiqəsində 8 000-ə yaxın vakansiya çıxarılmışdı: "Avqustun sonuna yaxın vakansiya seçimi mərhələsinin elan etməyi planlaşdırılıb. Düşünmürəm ki, say bu rəqəmdən aşağı olsun".
Tarix: 17-07-2020, 08:50