Ekspert: “Təhsil haqqının artırılması həm büdcəyə, həm vətəndaşa, həm də tələbəyə ziyandır”


Təhsil xərcləri

Nazirlər Kabineti “Ali təhsil müəssisələrində və magistratura səviyyəsi üzrə Azərbaycan Milli Elmlər Akademiyasında yeni maliyyələşmə mexanizminin tətbiq edilməsi haqqında” qərara dəyişiklik edib.

Bizimyol.info-nun məlumatına görə, ayrı-ayrı ixtisaslar üzrə dövlət sifarişi ilə ali təhsil müəssisələrinin bakalavriat və əsas (baza ali) tibb təhsili səviyyələrində hər bir təhsilalana düşən illik təhsil xərclərinin miqdarı artrılıb.
Qeyd olunub ki, ali təhsil müəssisəsi tərəfindən dövlət sifarişi ilə hər bir təhsilalana çəkilən faktiki illik xərc təsdiq edilmiş illik təhsil xərclərinin məbləğindən artıq olduğu halda, onun qalan hissəsi həmin ali təhsil müəssisəsi və ya onun tabe olduğu qurum tərəfindən ödənilir.
Təqdim olunan siyahıda ilk növbədə diqqətimi çəkən məqam bu oldu ki, məsələn kosmik mühəndislik, aviasiya mühəndisliyi kimi ixtisaslara dövlət 2100 manat, musiqişünaslıq, instrumental alətlərdə ifa kimi ixtisaslara 8000 min manat vəsait ayırır. Elm yenə geri qalır.diqqətimi çəkən başqa bir məqamı da qeyd etmək istəyirəm. Tutaq ki, Xəzər Universitetində illik təhsil haqqı 6000 manatdır, amma Tibb Universitetində 4000. Tibbi anladıq, Orda əyani vəsaitlərin tədrisdə iştirakı mütləqdir, vacibdir.təhsil haqqının bu qədər təşkil etməsini anlamaq olar, bəs Xəzər Universitetinin başqa ali məktəblərdən üstünlüyü nədir ki, bu qədər yüksək qiymətlər var? Diplomun xaricdə tanınması və ingilis dilində tədrisə üstünlük verilməsi xaricində?
“Pandemiya dövründə bu qədər ağır təhsil haqları tələbələr üçün ağır yükdür. Xüsusilə də təhsil distant foormada təşkil olunacaqsa, ümumiyyətlə qiymətlərin artırılması anlaşılan deyil”.Bu fikirləri
Bizimyol.info-ya verdiyi açıqlamada təhsil eksperti Elçin Əfəndi səsləndirib.
Elçin Əfəndi Elçin Əfəndi
“Bu qərar dövlət tərəfindən ayrılmış plan yerlərinə dövlətin ayırdığı vəsaitin artımını nəzərdə tutur.Pulsuz oxuyan tələbələrin pulunu dövlət həmin univesitetə köçürür.Məsələn bəstəkarlıq ixtisasına görə tələbəyə görə büdcədən 8 min manat pul silinir. Amma özəl məktəblərdə bu hardasa 3000 min manat ödəniş haqqı təşkil edir. Bu qərarlar əslində təhsil haqqının qalxması deməkdir.Bu il yəqin ki, dövlət vəsiti hesabına plan yerlərinin sayı artırılacaq. Plan yeri artırılnca isə qiymətin bu qədər yüksək olması ümumilikdə büdcəmizə, büdəcni dolduran vətəndaşlarımıza ziyandır”,- deyə ekspert qeyd edib.Elçin Əfəndi təhsil haqqının qaldırılmasını indiki halda düzgün hesab etmir.
“Ödənişli əsaslarla oxuyanlar üçün illik təhsil haqlarına gəlincə, yəqin Dövlət İmtahan Mərkəzi ( DİM) və universitetlər arasında razılşama əldə edildikdən sonra DİM bu ayın sonu, gələn ayın əvvəli bu barədə ictimaiyyətə məlumat verəcək. 2019-cu ilə qədər bəstəkarlığa 6200 manat vəsait ayrılmışdı.Dövlət büdcəsindən bu şəkildə pulun çıxarılması bir qədər sual yaradır. Dövlət xərci artıran kimi bəzi universitetlər də ödənişli təhsil alan tələbələr üçün illik təhsil haqqını artırılar Xəzər Universitetində 4450, ADA –da 6000-6500 manat, Bakı Ali Neft Məktəbində 6000-6500, Tibb Universitetində 4500 illik təhsil haqqı var və bu böyük rəqmələrdir. Universitetlər bunu nəzərə almalıdırlar”.
İlhamə Rəsulova
Tarix: 8-07-2020, 12:49
Xəbəri paylaş



Xəbər lenti