7NEWS.az xəbər verir ki, bu barədə 1-ci sinifə gedəcək Şahbazov Kamilin valideyni məlumat verib. Müraciətdə deyilir: "Cənab Nazir, Bakı şəhəri Xətai rayonu, Xudu Məmmədov Bina 20 ünvanında yaşayan valideyin övladını 1-ci sinifə göndərib oxutmaq istəyir. Bunun üçün o, yaşadığı ünvana ən yaxın, təxminən 400-450 metr məsafədə və təhlükəsiz yol istiqamətində olan 245 saylı orta məktəbi seçim edərək 3 dəfə "Mektebeqebul.az” saytı üzərindən onlayn qeydiyyatdan keçirsə də BŞTİ-nin işçi qrupu tərəfindən imtina verilib. Səbəb kimi isə uşağın məktəbin ərazisində deyil MİKROƏRAZİSİNDƏ yaşadığı göstərilib. "Məktəbin ərazisi və ya Mikroərazisi” nə anlama gəldiyi başa düşülən olmasa da, bilinən odur ki, 245 saylı orta məktəb valideyin və onun övladı üçün məsafə baxımından ən yaxın, yol baxımından ən təhlükəsiz seçimdir. Sizdən xahiş edirik ki, valideynin 1-ci sinifə gedəcək övladı Şahbazov Kamilin 245 saylı orta məktəbə qəbul olunmasına köməklik edəsiniz."
Mövzunu diqqətdə saxlayacağıq.
Tarix: 3-07-2020, 23:32