Postlardan SMS icazə ilə keçmək olar? – Bakıya giriş-çıxışla bağlı rəsmi açıqlama - VİDEO


Rayon qeydiyyatında olanlar da SMS icazə ilə karantin postlarından keçə bilməzlər.
 
Pravda.az məlumatına görə, bunu Baş Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Kamran Əliyev deyib.
 
Onun sözlərinə görə, 2 saatlıq SMS icazə tibbi zərurət və gündəlik tələbat mallarının alınması, eləcə də bank, poçt və digər xidmətlərdən istifadə üçündür. Bu qaydalara məhəl qoymayaraq rayona getməyə cəhd göstərən şəxslər karantin postlarından geri qaytarılacaqlar. Bu tələb təkcə Bakıya yox, sərt karantin rejiminin tətbiq edildiyi digər şəhər və rayonlarda yaşayanlara da aiddir.
 
Kamran Əliyev bildirib ki, bəzən icazə portalı vasitəsilə ölkədaxili hərəkətinə icazə verilmiş şəxslər öz ailə üzvlərini rayonlara aparmaq istəyirlər. Qaydaya görə icazə yalnız həmiş şəxsə aiddir və digərləri postlardan buraxılmayacaq. Şöbə rəisi həmçinin, rayondan gələn taksilərin postlardan buraxılmamasına da münasibət bildirib. O qeyd edib ki, həmin şəxslərin Bakıda taksi fəaliyyəti ilə məşğul olmalarına icazə yoxdur. Paytaxtda taksi fəaliyyəti ilə məşğul olmaq üçün Bakı Nəqliyyat Agentliyi tərəfindən verilən fərqlənmə nişanı olmalıdır. Onlar da şəhər daxilində hərəkət edə bilirlər. Rayonlarda fəaliyyətinə icazə verilən taksilər isə yalnız 2 halda Bakıya sərnişin gətirə bilər.
 
Digər hallarda isə həm həmin taksilərin gətirdiyi sərnişinlər, həm də onların özləri postlardan buraxılmayacaq.
 

Tarix: 30-06-2020, 07:16
Xəbəri paylaş



Xəbər lenti