Vətəndaşın başında çatlayan “səhiyyə çanağı” - AKTUAL

       


Vətəndaşın başında çatlayan “səhiyyə çanağı” - AKTUAL
103 – təcili tibbi yardım xidməti və ambulator yardım xidməti pandemiya dövründə iş bölgüsü əsasında müvəqqəti olaraq, Səhiyyə Nazirliyinin tabeliyində olacaq. TƏBİB rəsmisi də Operativ Qərargahın son brifiqndə təcili tibbi yardım xidməti və ambulator yardım xidməti ilə bağlı məsluliyyəti Səhiyyə Naziriliyi daşıdığını bildirdi.

Onsuz da məsələ işin bölüşdürülərək yüngülləşdirilməsi yox, məsuliyyətin şaxələnməsi olduğunu bilirdik. Əslində, səhiyyə sistemində baş verənlərlə bağlı məsluliyyəti TƏBİB təkbaşına daşıya bilməz. Yəni günahkar sadəcə, TƏBİB-dir desək, böyük səhv etmiş olarıq. Çünki ölkənin səhiyyə sistemi indiki acınacaqlı vəziyyətə bir-iki gün içində düşməyib.

Gələk əsas məsələyə… Səlahiyyətlərin Səhiyyə Nazirliyinə verilməsi xəbəri iyunun 24-ü, səhər saatlarında açıqlandı. Bəs buna qədər nələr oldu? Ayın 23-ü Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının baş həkimi Rauf Nağıyev iş yerində olur. Səhər saatlarında ora TƏBİB-dən nüayəndələrin gələcəyi deyilir. Bu barədə təkcə baş həkimin yox, orada olan bütün işçilərin xəbəri olur.

Ancaq gün ərzində, yəni, iş saatı bitənə qədər TƏBİB-dən Stansiyaya heç kim gəlmir. Axşam saatlarında TƏBİB-in nümayəndələri Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasına gəlirlər və gecə elə 9-cu Yardım Stansiyasiyanın müdiri, böyük həkim Cavanşir Fərəcovu Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının baş həkim təyin edirlər. Təsəvvür edirsiniz də? Bir idarənin rəhbərini gecə ilə dəyişdirib, yerinə başqa birini qoyurlar. Təhvil-təslim yox, zəruri prosedurlar yox…

Bu yaxınlarda keçmiş döyüşçülərdən biri ilə danışrıdım. Deyir, o vaxt Ağcabədinin icra başçısını dəyişməkdən cana yığılmışdıq. Dövlət birini icra başçısı təyin edirdi, bir qrup gəlib adamı kabinetindən bayıra atıb, başqasını oturdurdu. Gəlib dövlətin əmrini icra edib, gedirdik, gecə ilə yenə dəyişirdilər. İndi 1992-93-cü illərdə olduğu kimi gecə ilə müdir dəyişmək nə deməkdir, bunu kimsə anlamış deyil.

Yeri gəlmişkən, gecə ilə vəzifəyə təyin olunan Cavanşir Fərəcov elə Rauf Nağıyevin adamı sayılırmış. Ən azı işçilər arasında… Daha maraqlı bir məsələ isə Cavanşir Fərəcovun gecə ilə “böyük təmizliyə” başlaması olub. Fərəcov kreslosundə əyləşməyə macal tapmadan, ardıcıl əmrlər verib, hərbi hissəyə yeni gələn komandir kimi özünü göstərmək istəyib.

Təbii ki, bu məsələrdən Rauf Nağıyevin də xəbəri olub. Rəhbər olasan, xəbər daşıyanın olmaya? Ancaq Rauf Nağıyev gecə ilə yox, səhər tezdən işə gəlib və Cavanşir Fərəcovu kabinetindən qovub. Sözün əsl mənasında qovub – “cəhənnəm ol”, – deyərək… Sözsüz, Rauf Nağıyev onu vəzifəyə gətirənlərə güvənərək, belə davranıb.

Təcili tibbi yardımda baş verən digər məsələlərə gələk. Deməli, pandeiya yayılan vaxt tibb işçilərinə əlavə maaşın veriləcəyi deyilsə də, Təcili Tibbi Yardımın işçiləri bu imtiyazlardan kənarda qalırlar. Məsələ mətbuata sızdıqdan sonra bildirildi ki, mart ayından onlara da maaşlarının 3 misli qədər əlavə pul ödəniləcək. Əslində, 3 dəfəlik artımdan sonra onların maaşı 1800 manat təşkil etməli olsa da, “təcili yardım”ın həkimlərinə reallıqda yalnız 600 manat ödənilib. Yəni hər hansə artım-filan olmayıb.

Marqqlıdır ki, maaş məsələsi gündəmə gələndən sonra Təcili Tibbi Yardım stansiyasının işi birə-beş artıb. Belə ki, TƏBİB-dən “WhatAapp” qrupuna yaxmaların cavabları göndərilir, pasiyenjtlərin vəziyyətinin yüngül və ağır olmasına fərq qoyulmadab hamısını “Atletlər kəndi”nə yerləşdirmək tapşırığı verilir. Xəstəlik şiddətləndikdə isə el dilində desək, aləm qarışır bir birinə.

Sumqayıt və Abşeronun xəstələrini də Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasına tapşırırlar. Stansiyanın bu qədər yüklənməsinə baxmayaraq, hər yarımstansiyaya cəmi iki əlavə təcili tibbi yardım maşını verilir. Bunu qoyum, digər məsələyə keçim. Yükləmənin artması, əlavə maaşların isəı verilmədiyi şəraitdə Rauf Nağıyev TƏBİB-ə gedir və bildirir ki, ya artım onun işçilərinə də aid edilsin, ya da “əlavə yük”ü üzərindən atacaq…

Əslində, TƏBİB-in Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyası və ya rəhbəri ilə problemi əlavə maaşların verilməməsi səbəbindən yaranıb. Yüklənmə çoxalandan sonra Abşeron rayonu Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının “iş zonası”ndan çıxarılır. Həftə sonlraı sərt karantinin tətbiqi ilə poliklinikaların işləməsi də təcili tibbi yardımın yükünü artırır. Beləcə, sayı sürətlə çoxalan virus simptomlu insanlar gözləmək məcburiyyətində qalırlar. Yəni insanların “təcili tibbi yardım gəlmir”, “bir neçə gündür, gözləyirik” kimi şikayətləri dediyimiz “yüklənmə”dən qaynaqlanır… Rauf Nağıyev ayın 24-ü işinə qayıdanda əməkdaşlara bunları deyir: “Həmişəki kimi işləyin, gücümüz nəyə çatacaq, onu da edəcəyik”.

Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının Səhiyyə Naziriliyi və ya TƏBİB-in nəzarətində olduğu vaxtlarda fəaliyyətində hansı fərqlər olub? Stansiya TƏBİB-in kurasiyasına keçdikdən sonra təcili tibbi yardımın operatorları yeni qulaqcıqlarla təmin olunub. Əvvəllər qulaqcıqları Səhiyyə Nazirliyi verməli olduğu halda, işçilər öz ciblərinin pulu ilə alırlarmış… Gördüyünüz kimi, yeganə fərq məhz budur. Gülməli deyilmi?

Yeri gəlmişkən, təcili tibbi yardımın operatorları arasında da koronavirusa yoluxan, xəstəxanaya düşən və sağalanlar olub. Görünən budur ki, Səhiyyə Nazirliyi ilə TƏBİB-in böyüyən “nüfuz savaşı”nın “çanağı” onların yox, bizim başımızda çatlayır…
www.yenicag.az
Tarix: 26-06-2020, 21:24
Xəbəri paylaş



Xəbər lenti