Ramiz Mehdiyevin qohumu Abşeronu susuz qoyur-VIDEO

    
Ramiz Mehdiyevin qohumu Abşeronu susuz qoyur-VIDEO
Düz 2 il il idi ki, Xırdalan şəhərinin sakinləri, palçıq içində üzürdülər. Hər şey 2017-ci ildən - Abşeron Rayon İcra Hakimiyyəti ilə "Azərsu" ASC-nin rəhbərliyi arasında razılaşma əldə ediləndən sonra başladı. İki il ərzində Xırdalanın su və kanalizasiya sisteminin yenilənməsi planlaşdırıldı və işə vaxtında başlanıldı.
Şəhərin bütün küçələrində asfalt tanınmaz hala düşənə qədər qazıldı.Bu isə şəhər sakinlərinin vəziyyətini daha da pisləşdirdi.

İşlər təzə başlananda “Azərsu” ASC-nin sədr müavini Etibar Məmmədov ölkə əhalisinin fasiləsiz və keyfiyyətli içməli su ilə təmin olunması istiqamətində görülən işlər barədə məlumat verərək bildirdi ki, hazırda respublikanın əksər şəhər və rayon mərkəzlərində, həmçinin Bakıətrafı qəsəbələrdə içməli su və kanalizasiya layihələri icra olunur: ""Azərsu” ASC 7 beynəlxalq maliyyə instiutu ilə əməkdaşlıq edir və bu qurumlarla 20-dən artıq layihə reallaşdırır. Azərbaycan Hökuməti və Səudiyyə İnkişaf Fondunun birgə maliyyəsi ilə həyata keçirilən layihə Xırdalan şəhərinin həm içməli su, həmdə kanalizasiya probleminin tam həllinə imkan verəcəkdir".
Layihə çərçivəsində Xırdalan şəhərinin kanalizasiya infrastrukturu da yenidən qurulacaq. Şəhərdə 109 km uzunluğunda kanalizasiya şəbəkəsi yaradılacaq, kanalizasiya quyuları tikiləcək, ev birləşmələri veriləcək.
Layihə üzrə tikinti-quraşdırma işlərinin 2019-cu ildə başa çatdırılması planlaşdırılırdı.
Hazırda 2020-ci ilin yay ayıdır. Hələ işlər tam yekunlaşmayıb. Xırdalanda yeni çəkilən xəttlərdə qəza qəza dalınca baş verir.
Tenderdə udmuş şirkətlər dövlətin pulunu havaya sovurub, boruları keyfiyyətsiz qaynaq edib, bəzi xəttlərdən ümumiyyətlə su gəlmir.
Stumulxeber.az bildirir ki, 2 il toz-torpaq udan Xırdalan sakinlərinin fasiləsiz su ilə təmin olunma arzuları da puç oldu.
Yeni xəttlərdə su əvvəlkindən zəif gəlir. Azərsu rəhbərliyinin bəh –bəhlə verdikləri vədlər buxarlandı.
Burular basdırılarkən coxsaylı korrupsiya hallarına yol verilib. Borular izolyasiya edilməli, üstünə çınqıl və sair materiallar tökülüb sonra həmin ərazi asfaltlanmalı idi.
Bunun əvəzinə daş karxanalarından daş qırıntıları gətirilib. Boruların üstünə tökülüb. Torpaq yatdıqca o qırıntılar boruları zədələyir, elə asfalt örtüyü də tez keyfiyyətin itirir.
Müxtəlif ərazilər dəfələrlə qazılır, borular təmir olunur. Yenə pul silinir.
Abşeron rayonunda əhalinin ciddi su problemi var. Evlərə verilən suyun qrafikə salınması, mütəmadi olaraq içməli suya həsrət qalmış sakinlər dəfələrlə üzləşdikləri problemdən dolayı rayonun Su Kanal İdarəsinə müraciət etsələr də, faydası olmayıb.
Üstəlik pandemiya dövründə əhalinin su təminatı tam pisləşib. Məsələn son şənbə-bazar günü Xırdalanın Nizami, Mehdi Hüseyn və diğər küçələrinin sakinləri susuz qalıb.
Bütün bunlar Abşeron Su Kanal İdarəsinin rəisi Qorxmaz Abbasovu maraqlandırmır. Yəni əhalinin dövlətdən incik düşməsi, vətəndaşların narazılığı.
İndiyənədək cənab Abbasov heç rayon rəhbərlərini də saymırdı, üstəlik Azərsu prezidenti olan adaşından belə çəkinmirdi.
Səbəb isə onun Ramiz Mehdiyevin yaxın qohumu olması ilə bağılı idi.
Artıq Mehdiyev erası bitib. Niyə bu kiçik məmur Abşeron boyda rayonda yenə narazılıq yaradır. Bəlkə Ramiz Mehdiyevdən yenə göstəriş alır.
Əhalinin narazılığı kimin məqsədlərinə xidmət edir? Bu saullara aydınlıq gətirəcəyik.


Tarix: 10-06-2020, 23:08
Xəbəri paylaş



Xəbər lenti