Rektordan haqsızlıq: tələbəni 500 manata görə imtahana buraxmır


"Odlar Yurdu" Universitetinin informatika fakültəsinin 1-ci kurs tələbəsi Bağırova Fatimə təhsil haqqının qalıq 500 manat borcunu ödəyə bilmədiyi üçün iyunun 12-də keçiriləcək imtahana buraxılmayacaq. 

Hit.Az-a verilən xəbərə görə, uşağın hər iki valideyni dünyasını dəyişib və nənəsinin himayəsindədir.

"Odlar Yurdu" universitetinin rektoru, sabiq deputat, "Oksigen" klinikasının, "Muğanbank"ın və çoxsaylı biznes obyektlərinin sahibi Əhməd Vəliyevin tələbə qıza güzəştə getməməsi böyük ictimai qınağa səbəb olub.

Tarix: 10-06-2020, 17:47
Xəbəri paylaş



Xəbər lenti