“Nar” komandası “Breyn Rinq” yarışının XV mövsümünün qalibi oldu

 
Gənclərin maarifləndirilməsi məqsədilə müxtəlif bilik yarışlarını dəstəkləyən “Nar”ın baş sponsorluğu ilə keçirilən “Breyn Rinq” intellektual oyununun XV mövsümü başa çatıb. 36 komanda arasında gedən gərgin mübarizədə “Nar” komandası bütün rəqiblərini geridə qoyaraq XV mövsümün çempionu olub. Komanda eyni zamanda, mobil operator tərəfindən təsis edilmiş “Nar” kubokunun sahibi olub. Qeyd edək ki, final oyunda mobil operatorun dəstək olduğu “Nar” komandasının intellektualları “Kapital Bank”, "Bridge", "Dövlət İdarəçilik Akademiyası" komandalarını geridə qoyub. Xatırladaq ki, “Nar” komandası ötən mövsümdə də bütün rəqiblərini geridə qoyaraq 2019-cu ilin Azərbaycan çempionu tituluna sahib olmuşdu.
Artıq 8 ildir ki, “Nar”ın baş sponsorluğu ilə yayımlanan ölkənin ən maraqlı intellektual yarışının 15-ci mövsümündə respublikanın 17 bölgəsi və 11 ali məktəbini təmsil edən 36 komanda mübarizə aparıb. Qeyd edək ki, hər il olduğu kimi, bu mövsüm də televiziya tamaşaçıları “Breyn Rinq” intellektual oyununu izləməklə yanaşı, həm də “Nar”dan hədiyyə qazanmaq şansı əldə ediblər. Belə ki, verilişin yayımı zamanı “Nar”ın “Facebook” səhifəsində qoyulan suala ən tez cavab verən izləyicilər xüsusi hədiyyələr qazanıblar.
“Nar” korporativ sosial məsuliyyət strategiyası çərçivəsində müxtəlif bilik yarışları, intellektual oyunları dəstəkləməyə çalışır və bununla da gənclərin elmə, təhsilə, biliyə olan marağını artırmağa səy göstərir, maariflənməni təşviq edir. Mobil operatorun KSM layihələri haqqında ətraflı məlumatı nar.az səhifəsindən əldə etmək olar.
“Azerfon” şirkəti (“Nar” ticarət nişanı) 21 mart 2007-ci ildə fəaliyyətə başlayaraq qısa bir müddətdə Azərbaycanda telekommunikasiya və mobil rabitə sahəsinin aparıcı şirkətlərindən birinə çevrilib. “Nar” ticarət nişanı Azərbaycanın zəngin mədəni və tarixi irsinin çağdaş həyatla bağlılığının rəmzi olaraq seçilib. “Nar” ölkədə ilk dəfə olaraq 3G texnologiyasını təqdim edib və geniş 4G şəbəkəsini abunəçilərinin istifadəsinə verib. “Nar” şəbəkəsi hazırda ölkə ərazisinin 93%-ni (işğal olunmuş ərazilər istisna olmaqla) əhatə edir və 8700-dən artıq baza stansiyası ilə 2,3 milyondan çox abunəçiyə yüksəkkeyfiyyətli xidmət göstərir. Mobil operator şəbəkə keyfiyyətinin davamlı təkmilləşdirilməsi strategiyası çərçivəsində səs keyfiyyətinin nəzərəçarpacaq dərəcədə artımını və səsin təmiz ötürülməsini təmin edən “HD-Voice” (High Definition Voice) xidmətini təqdim edib.
Tarix: 8-06-2020, 22:28
Xəbəri paylaş



Xəbər lenti