Qaçqın və köçkünlər cəmiyyətimizin ən həssas təbəqələrindən biridir
“Azərbaycanda öz doğma yurd-yuvalarından didərgin düşmüş qaçqın və məcburi köçkünlərə göstərilən həssas diqqət və qayğının heç bir ölkədə anoloqu yoxdur. Dövlətimiz tərəfindən yürüdülən balanslaşdırılmış demoqrafik siyasətin mərkəzində, digər soydaşlarımızla bərabər, birmənalı şəkildə qaçqın və köçkünlərin də vətəndaş məmnunluğunun təmin olunması prinsipi dayanır“. Bu sözləri ölkə Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın Respublika Günündə Qaradağ rayonunda məcburi köçkünlər üçün salınmış “Qobu Park-3” yaşayış kompleksinin açılışında iştirakı zamanı dövlətimizin başçısının açıqladığı fikirlərə münasibət bildirən Azərbaycan Respublikası Milli Məclisinin deputatı Kamaləddin Qafarov söyləmişdir.
Millət vəkili bildirmişdir ki, hamımıza yaxşı məlumdur ki, “Qobu Park-1”, “Qobu Park-2” və yeni istifadəyə verilən “Qobu Park-3” yaşayış komplekslərinin inşası Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə reallaşdırılmışdır. 2017-ci ildən Qaradağ rayonunun Qobu qəsəbəsində salınmağa başlayan yaşayış kompleksləri qısa müddət ərzində minlərlə qaçqın və məcburi köçkünün həyat və məişət şəraitinin yaxşılaşmasında həlledici rol oynamışdır. Ölkəmizdə qaçqın və məcburi köçkünlər üçün inşa edilmiş 111-ci qəsəbə olan “Qobu-3” yaşayış kompleksində 1336 ailə yeni, abad mənzillərdə yaşayacaqdır.
K. Qafarov bildirmişdir ki, “Qobu-3” yaşayış kompleksinin istifadəyə verilməsi zamanı qaçqın və köçkünlərin ürəyincə olmuş bir ilkə imza atılmışdır. Yəni ilk dəfə olaraq, məcburi köçkünlər üçün yeni inşa edilmiş yaşayış kompleksində iş yerlərinin açılması da təmin olunmuşdur. Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin “Xarı bülbül” xalçaçılıq və naxış emalatxanası layihəsi məcburi köçkünlərin məşğulluğunun artırılması, sosial rifahının daha da yaxşılaşdırılmasını təmin ediləcəkdir. Gələcəkdə genişləndirilməsi nəzərdə tutlan bu layihəyə il ərzində “Qobu Park-1”, “Qobu Park-2” və “Qobu Park-3” yaşayış komplekslərində, həmçinin Qaradağ rayonu ərazisində yaşayan 70 məcburi köçkün cəlb ediləcəkdir. Emalatxanalarda Qarabağa aid zərgərlik nümunələri də hazırlanacaqdır. Məhsullar yerli bazarla yanaşı, məcburi köçkünlərin əl işləri kimi xarici bazara da çıxarılacaqdır. Bundan başqa, biznes layihəsi çərçivəsində yumşaq, plastik oyuncaqlar və tekstil məhsullarının istehsalı müəssisəsində 40-dan çox iş yerinin yaradılması nəzərdə tutulur. Sterilizə olunmuş tibbi ləvazimatların istehsalı müəssisəsində isə tibbi heyət üçün üst geyimləri və kombinezonlar istehsal ediləcək. Burada 25 nəfər işlə təmin olunacaqdır.
Millət vəkili bildirmişdir ki, ötən il 5 min ailə mənzillə təmin olunduğu halda, bu il onların sayı təqribən 7-8 minə çatacaqdır. Qeyd olunduğu kimi, Heydər Əliyev Fondunun rəhbəri, Birinci vitse-prezident Mehriban Əliyevanın təşəbbüsü ilə salınmış yeni şəhərciklərdə ümumilikdə 3700 məcburi köçkün ailəsi yerləşdiriləcəkdir.
Son 20 il ərzində qaçqın və məcburi köçkünlərin yaşayış səviyyəsinin artırılması məqsədi ilə dövlət büdcəsindən 5,1 milyard manat vəsait ayrılmışdır. Həmin vəsaitin 2 milyard manatdan çox hissəsi məhz məcburi köçkünlərin mənzil şəraitinin yaxşılaşdırılmasına sərf edilmişdir. Bu müddət ərzində 300 mindən artıq məcburi köçkünün mənzil problemi həll olunmuşdur.
K.Qafarov demişdir ki, açılış mərasimi dövlətimizin başçısı cənab İlham Əliyevin Ermənistan –Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı son dövrdə müxtəlif paytaxtlarda, həmçinin ölkəmizin daxilində bir ovuç siyasətçinin tədavülə buraxdığı populist iddialara aydınlıq gətirməsi ilə də yadda qaldı. Cənab Prezident İlham Əliyevin burada səsləndirdiyi ciddi mesajlardan biri, məcburi köçkünlərin məskunlaşdıqları yaşayış komplekslərinin müvəqqəti xarakteri daşıması ilə bağlı oldu.
Digər tərəfdən, Prezidentimiz torpaqlar işğaldan azad olunandan sonra məcburi köçkünlərin geri qayıtmayacağı ilə bağlı radikal müxalifətin fikirlərinin cəfəngiyat olduğunu bildirərək, Cocuq Mərcanlıya möhtəşəm qayıdışı xatırlatdı və bildirdi ki, ortada bir nümunə olduğu halda, nə müxalifətin, nə də Ermənistan hakimiyyətinin sevinməsinə heç bir əsas yoxdur.
Millət vəkili sonda bildirdi ki, Azərbaycan Prezidenti cənab İlham Əliyevin Ermənistan rəhbərliyinə və siyasi elitasına səslənərək hazırda danışıqlar prosesinin mərhələli həll variantı üzərində getdiyini bəyan etdi və onları öz xalqını aldatmaqdan çəkinməyə çağırdı. Dağlıq Qarabağ problemindən bəhs edən dövlət başçısı vurğuladı ki, bu, tarixi məsələdir və birdəfəlik həll olunacaq: “Bizim məqsədimiz, əsas amalımız suverenliyimizi tam və birdəfəlik təmin etməkdir və biz bunu edəcəyik!”.
Tarix: 30-05-2020, 22:20
-
Bu gün, 00:07
Kəndinə gəl Zahid Oruc...
-
Dünən, 23:30
Energetik Mürsəliyevin təhsilə uzanan əli - Həmdullayev necə sürətlə yüksəlib? - Faktlar...
-
Dünən, 23:29
İş adamı Qoşqar Məmişova “stop” qoyuldu
-
Dünən, 23:25
Qazancını kreditə verən müəllimdən "tamştat tələbi" edilməməlidir - SƏRT İRAD
-
Dünən, 23:23
Şəfiqə Məmmədova Əbdül Mahmudbəyova onu tərifləyib, sədr seçmək üçün külli miqdarda pul verib?! - ŞOK AÇIQLAMA
-
Dünən, 17:03
Sevinc Orucovanı, prezidentin imzası və nazirin qərarını heçə sayacaq qədər arxayın edən NƏDİR??
-
Dünən, 17:01
Dövlət satınalmalarında qaz vurub, qazan dolduran “SAFARI” MMC -nin arxasında kimlər durur - İLGİNC FAKTLAR
-
Dünən, 10:27
Gülnaz Dadaşova pasiyentlərin yeməyi kəsir - Xəstələrdən videofakt
-
Dünən, 08:40
Üzümçü deputat Kəmaləddin Qafarovun onkoloji dərman qazancı...-VİDEO
-
23-09-2026, 22:54
Kozinoğlunun ölümü ilə bağlı yeni detal: Mənə tələ qurdular
-
23-09-2026, 22:50
“Nar” inklüziv mövzulu sənədli filmin nümayişinə dəstək göstərib
-
23-09-2026, 22:46
Respublikamızda qanunsuz tikililərin ən çox vüsət aldığı yerlərdən biri, bəlkə də birincisi Bakının Suraxanı rayonudur
-
23-09-2026, 22:44
Başqa ölkələrdə 15 manat olan bu dərman bizdə 150 manata satılır - FOTO
-
23-09-2026, 22:39
Prezident əfv sərəncamı imzaladı - SİYAHI
-
23-09-2026, 22:26
Turan Rzayev: “Bakı Təhlükəsizlik Forumu regional deyil, qlobal platformaya çevrilir”
-
23-09-2026, 14:46
Azərbaycanda narkotik baronları toxunulmazdır? - İQBAL AĞAZADƏ
-
23-09-2026, 14:38
Rayon rəhbəri 27 Sentyabr – Anım Günü ərəfəsində şəhid anası Zəminə Hüseynovanı 60 illik yubileyi münasibəti ilə təbrik edib
-
23-09-2026, 14:33
“İndi siz deyin, Qəzənfər Abdullayev ailə-canlıdır, yoxsa iş-canlı?..” - FOTOFAKT
-
23-09-2026, 14:27
Maaş kreditə, həyat borca... — Ekspert risk həddini açıqladı
-
23-09-2026, 14:16
Şəmkirdə bələdiyyə sədrləri Daşınmaz Əmlakın 11 saylı Şəmkir ərazi idarəsindən və onun rəisindən şikayət edirlər
-
23-09-2026, 13:28
“Kabinetlərindən çıxıb xəstəxanalardakı vəziyyətlə tanış olsunlar” – TƏBİB-ə çağırış
-
22-09-2026, 23:27
“Aqrar Tədarük və Təchizat” ASC ilə “Araz” və “OBA” marketlər şəbəkəsi əməkdaşlığa başlayıb “
-
22-09-2026, 23:20
Sumqayıtda “Şəhərsalma ili”nə töhfə? - Fərəcovun şəhərində "fısqırıq"
-
22-09-2026, 23:07
Tənqidlərdən sonra nazirlik təcili dəyişiklik etdi - FOTO
-
22-09-2026, 22:53
Naxçıvandakı bu deputatlar BANM rektorunun yaxın qohumları imiş
-
22-09-2026, 15:17
ƏT BAHALAŞDIQCA KOLBASA BAZARI BÖYÜYÜR... – Bu artım nədən xəbər verir?
-
22-09-2026, 15:09
“Milyonçu qardaşlar”ın sərvəti özlərinə qaldı - Hökm oxundu
-
22-09-2026, 14:54
David Seliverstov Çingiz Qənizadəni məhkəməyə verdi
-
22-09-2026, 14:31
Abşeron təhsilində rüşvəti görmür, kollektor üstündə daxmanı görür...
-
22-09-2026, 14:28
Şəhəri niyə PİS GÜNƏ SALIRLAR... - Şəhəri beləmi salarlar?