“Heydər Əliyevin çətinliklə Polşadan gətirtdiyi “Göyərçin“lər hara yoxa çıxıb?“ - Deputat naziri tənqid etdi

Milli Məclisin deputatı Etibar Əliyev Mədəniyyət Nazirliyinin sərgi salonlarında törətdiyi əməlləri açıqlayıb.
Yenisabah.az xəbər verir ki, deputat Səttar Bəhlulzadə adına Sərgi Salonunda qoyulan "Göyərçin”lər barelyefinin yoxa çıxmasını qeyd edib:
"Rəssamlıqdan başı çıxan adamlar çox gözəl bilirlər ki, sərgi salonunda ən önəmli şərt təbii işıqla işıqlanmadır. Sovetlər vaxtı Heydər Əliyevin təşəbbüsü ilə açılmış Səttar Bəhlulzadə adına Sərgi Salonunun hər iki mərtəbəsi şüşə idi və salon təbii işıqla işıqlanırdı. Və ən məşhur sərgilər orada keçirilirdi. İndi sərginin 1-ci mərtəbəsində Bank və Kimyəvi təmizləmə obyekti fəaliyyət göstərir. Sərginin girişinə isə məşhur polşa heykəltəraşlarından birinin müəllifi olduğu tuncdan yaradılmış "Göyərçin”lər barelyefi qoyulmuşdu. Söyləyirlər ki, Heydər Əliyev bu "Göyərçin"lər barelyefini çox çətinliklə Polşadan gətirtmişdi. Ona baxanlar yaxşı xatırlayırlar: sanki "Göyərçin"lər ayrı-ayrı havaya qanad açırlar. Canlı bir mənzərə yaradırdı. Onun qarşısından keçəndə barelyefə baxmamaq mümkün deyildi. Hökumət evində çalışdığım zaman demək olar ki, hər gün onunla rastlaşanda mənim üçün yeni kompozisiya təəssüratı bağışlayırdı. Söküb dağıtdılar. Əsərin taleyi barədə məlumatı olan varmı?”
Etibar Əliyev bildirib ki, "Səadət" sarayının əsas giriş qapısının sağında və solunda təxminən bir metr hündürlükdə üz-üzə baxan iki timsah barelyfi olub:
"İtalyan heykəltəraşı bunu elə yaratmışdı ki, sanki timsahlar indi sudan çıxır. Müəllif timsahın nəmli dərisinin fakturasını elə işləmişdi ki, sanki canlıdır. Tələbə vaxtı həmişə gedib timsahlara baxardıq. Sarayın təmir zamanı heç bir sənətşünasdan, heykəltəraşdan, rəssamlardan və memarlardan məsləhət almadan timsahları adi daşı təmizləyən fəhlənin laqondasının qurbanına çevirdilər. Bir neçə min yaşı olan Kolizey, yaxud V əsrdə Afina Akropolunda inşa edilmiş Parfenon abidələri necə varsa, elə də qalıb. Bunları necə qoruyublar? Bizdə isə təcrübəni öyrənmək əvəzinə laqondanı işə salırlar”.
Tarix: 16-05-2020, 17:46
-
Bu gün, 00:07
Kəndinə gəl Zahid Oruc...
-
Dünən, 23:30
Energetik Mürsəliyevin təhsilə uzanan əli - Həmdullayev necə sürətlə yüksəlib? - Faktlar...
-
Dünən, 23:29
İş adamı Qoşqar Məmişova “stop” qoyuldu
-
Dünən, 23:25
Qazancını kreditə verən müəllimdən "tamştat tələbi" edilməməlidir - SƏRT İRAD
-
Dünən, 23:23
Şəfiqə Məmmədova Əbdül Mahmudbəyova onu tərifləyib, sədr seçmək üçün külli miqdarda pul verib?! - ŞOK AÇIQLAMA
-
Dünən, 17:03
Sevinc Orucovanı, prezidentin imzası və nazirin qərarını heçə sayacaq qədər arxayın edən NƏDİR??
-
Dünən, 17:01
Dövlət satınalmalarında qaz vurub, qazan dolduran “SAFARI” MMC -nin arxasında kimlər durur - İLGİNC FAKTLAR
-
Dünən, 10:27
Gülnaz Dadaşova pasiyentlərin yeməyi kəsir - Xəstələrdən videofakt
-
Dünən, 08:40
Üzümçü deputat Kəmaləddin Qafarovun onkoloji dərman qazancı...-VİDEO
-
23-09-2026, 22:54
Kozinoğlunun ölümü ilə bağlı yeni detal: Mənə tələ qurdular
-
23-09-2026, 22:50
“Nar” inklüziv mövzulu sənədli filmin nümayişinə dəstək göstərib
-
23-09-2026, 22:46
Respublikamızda qanunsuz tikililərin ən çox vüsət aldığı yerlərdən biri, bəlkə də birincisi Bakının Suraxanı rayonudur
-
23-09-2026, 22:44
Başqa ölkələrdə 15 manat olan bu dərman bizdə 150 manata satılır - FOTO
-
23-09-2026, 22:39
Prezident əfv sərəncamı imzaladı - SİYAHI
-
23-09-2026, 22:26
Turan Rzayev: “Bakı Təhlükəsizlik Forumu regional deyil, qlobal platformaya çevrilir”
-
23-09-2026, 14:46
Azərbaycanda narkotik baronları toxunulmazdır? - İQBAL AĞAZADƏ
-
23-09-2026, 14:38
Rayon rəhbəri 27 Sentyabr – Anım Günü ərəfəsində şəhid anası Zəminə Hüseynovanı 60 illik yubileyi münasibəti ilə təbrik edib
-
23-09-2026, 14:33
“İndi siz deyin, Qəzənfər Abdullayev ailə-canlıdır, yoxsa iş-canlı?..” - FOTOFAKT
-
23-09-2026, 14:27
Maaş kreditə, həyat borca... — Ekspert risk həddini açıqladı
-
23-09-2026, 14:16
Şəmkirdə bələdiyyə sədrləri Daşınmaz Əmlakın 11 saylı Şəmkir ərazi idarəsindən və onun rəisindən şikayət edirlər
-
23-09-2026, 13:28
“Kabinetlərindən çıxıb xəstəxanalardakı vəziyyətlə tanış olsunlar” – TƏBİB-ə çağırış
-
22-09-2026, 23:27
“Aqrar Tədarük və Təchizat” ASC ilə “Araz” və “OBA” marketlər şəbəkəsi əməkdaşlığa başlayıb “
-
22-09-2026, 23:20
Sumqayıtda “Şəhərsalma ili”nə töhfə? - Fərəcovun şəhərində "fısqırıq"
-
22-09-2026, 23:07
Tənqidlərdən sonra nazirlik təcili dəyişiklik etdi - FOTO
-
22-09-2026, 22:53
Naxçıvandakı bu deputatlar BANM rektorunun yaxın qohumları imiş
-
22-09-2026, 15:17
ƏT BAHALAŞDIQCA KOLBASA BAZARI BÖYÜYÜR... – Bu artım nədən xəbər verir?
-
22-09-2026, 15:09
“Milyonçu qardaşlar”ın sərvəti özlərinə qaldı - Hökm oxundu
-
22-09-2026, 14:54
David Seliverstov Çingiz Qənizadəni məhkəməyə verdi
-
22-09-2026, 14:31
Abşeron təhsilində rüşvəti görmür, kollektor üstündə daxmanı görür...
-
22-09-2026, 14:28
Şəhəri niyə PİS GÜNƏ SALIRLAR... - Şəhəri beləmi salarlar?