Sahil Babayev işsizləri saydı: ən azı 1 235 200 nəfər

ADR sədri, ıqtisadçı alim Qubad Ibadoğlu

Sahil Babayevin “Azərbaycan” qəzetinə müsahibəsindən bəlli olur ki, ölkədə 1 milyon 235 min 200 nəfər işsiz kimi qeydiyyata alınmaq üçün “e-sosial” portalı üzərindən və məşğulluq mərkəzlərinə birbaşa müraciət edib. O bildirib ki. rəhbərlik etdiyi nazirlik tərəfindən 600 min nəfərə 190 manatlıq birdəfəlik yardım etməklə yanaşı ən azı 635 min 200 nəfərə də imtina cavabı veriblər. 320 min şəxsin adına aktiv əmək müqaviləsi bildirişi, 170 min şəxsin adına aktiv VÖEN, 20 min şəxsin adına iki və daha çox daşınmaz əmlakı, 19 min 200 şəxsin adında 2 və daha çox avtomobili olduğu üçün onlara birdəfəlik ödəmə verilməsindən imtina edilib. Bununla yanaşı, 41 min müraciətin hazırda xarici ölkələrdə yaşayan şəxslər, 65 min şəxsin isə həyat yoldaşının birdəfəlik ödəmə üçün artıq müraciət edərək bu ödəmə ilə təmin edildiyi məlum olub. Göründüyü kimi, birdəfəlik yardım alan işsizlərlə, birdəfəlik yardım almaqdan imtina edilərin birlikdə sayı 1 milyon 235 min 200 nəfər olub. Əslində onların hamısına 190 manat birdəfəlik yardım ödənilməli idi. Lakin, Nazirlik qanunu pozaraq, işsizləri aztəminatlı təbəqənin nümayəndələri kateqoriyasına salaraq, onlara yardım verməmək üçün məhdudlaşdırıcı normalar tətbiq etməklə ehtiyacı və yardımı almaq hüququ olanların sayını ən azı 2 dəfəyədək azaltdı. Bu, koronavirusla bağlı işini müvəqqəti itirən və qeyri-formal məşğul insanlara qarşı bu münasibət sosial çəhətdən böyük ədalətsizlik olmaqla yanaşı “Məşğulluq haqqında Azərbaycan Respublikası Qanunu”nun 4-cü maddəsinin 1-ci bəndinin, “İnzibati icraat haqqında Azərbaycan Respublikası Qanunu”nun 61-ci maddəsinin 2-ci bəndinin tələblərini kobud şəkildə pozulmasıdır. Hesab edirəm ki, imtina cavabları alanlar öncə Nazirliyə, sonra isə məhkəmələrə şikayət etməklə haqlarını tələb etməlidirlər.

Tarix: 7-05-2020, 12:57
Xəbəri paylaş



Xəbər lenti